Britaniya ştammı Azərbaycanda: Necə qorunmalı və hansı tədbirlər görülməlidir?

Britaniya ştammı Azərbaycanda: Necə qorunmalı və hansı tədbirlər görülməlidir?Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID-19-un Britaniya ştammı tapılıb. Britaniya ştammı digərlərindən daha təhlükəli, sürətlə yayılan və ağır keçirilən sayılır. Hətta koronavirusun bu ştammının dəfələrlə öldürücü olduğu sübut edilib. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.
Bəs bundan necə qorunmaq olar? Həm dövlət, həm də cəmiyyət tərəfindən hansı tədbirlər görülməlidir?
Milli.Az xəbər verir ki, bu barədə bakupost.az-a danışan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin "Hacettepe" xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib ki, Britaniya ştammının yoluxuculuğu Uhandan çıxmış original virusdan 70 faiz daha yoluxucudur:
"Bu xəstəliyin gedişində bir ağırlaşma görünmür. Cəmiyyətdə rast gəldikdə bunu ayırd etmək mümkün olmur ki, mutasiya virusudur, yoxsa deyil. Yoluxma sayının artması səbəbindən xəstəxanalarda ağır xəstələrin sayı da artır. Bununla da ölüm hallarında artım müşahidə olunur. Digər ölkələrin praktikasında da bunu görmüşük. Artıq Azərbaycanda da Britaniya ştammı var. Qorunma tədbirləri eyni qaydada davam etməlidir. Xüsusilə mutasiyaların yayılmağa başladığı bu zamanlarda maska, sosial məsafə, əl və tənəffüs gigiyenası daha da önəmli hədd alır. Bəzi mənbələr 2 maskanın üst-üstə istifadəsinin daha uyğun olması ilə bağlı xəbərlər yayıb, amma bu hələ təsdiqlənməyib. Ola bilsin ki, bunu da məsləhət görək. Cəmiyyət olaraq etməli olduğumuz şey özümüzü və başqalarını qorumaqdır. Həmin qaydalara daha ciddi əməl etməli, insanların çox olduğu ərazilərdən uzaq durmalı, təbii havalandırmanı təmin etməliyik".
Həkim qeyd edib ki, pandemiyada ən böyük rol oynayan şəhər Bakıdır: "Ona görə də Bakıya giriş-çıxışı məhdudlaşdırmağın uyğun olduğunu düşünürəm. Əgər bu cür tədbirlər alınmasa mutasiya Bakıdan digər şəhər və rayonlara yayıla bilər. Təəssüf ki, tövsiyələrlə heç bir ölkə pandemiyanın qarşısını ala bilməyib. Nəzarət altına alan ölkələrin hamısı yalnız müvafiq qaydalar, tədbirlər və cərimələr hesabına edə bilib. Virusun sürətlə yayıldığı bu zamanda, Novruz bayramında da virusu unutmamalı, qaydalara riayət edilməli, Bakı şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmalıdır".
İnfeksionist Mərdan Əliyev isə deyib ki, yeni ştamm qonşu ölkədə - Türkiyədə var və Türkiyə ilə aramızda gediş-gəliş olduğu üçün bizə də gəlib:
"Bu virusun yoluxduruculuq qabiliyyəti digərilərinə nisbətən yüksəkdir. Çünki onun proteini mutasiyaya uğrayır və insan hüceyrəsinin reseptorlarına daha yaxşı yapışır. Britaniya ştammı daha çox insanı yoluxdura bilir. Lakin önləm alınarsa, qaydalara əməl olunarsa, virusa yoluxma az olar. Virus hər zaman çoxalıb, artan bir orqanizm olduğu üçün mutasiyaları meydana çıxır. Yəni Britaniya ştammından başqa, bir də baxacağıq ki, virusun yeni variantı ortaya çıxıb. Bu ştammlar böyük mutasiya deyil. Virusun növünü dəyişmir deyə, problem yoxdur. Yeni mutasiyaların meydana çıxması hər zaman mümkündür". Milli.Az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1823   Tarix: 19 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

qis geyimləri 2026 hamiləlik qaşların formalari saglamlig 2026 qonaq otagi cinsi zəiflik toyuqlar haqqinda kosmetika vetene aid atalar sozu aslan oglaq vətən haqqında bayatılar tanisliq