Brussellyoz və onun əlamətləri haqqında

Brussellyoz və onun əlamətləri haqqındaBrussellyoz və onun əlamətləri haqqında geniz izahatı siz oxucularımıza təqdim edirik

Brussellyoz - qorxusuz görünən qorxulu xəstəlik.

Əvvəllər insanlar başqalarından gələn yoluxucu xəstəliklərdən ehtiyat edirdilərsə, zaman keçdikcə bu hal dəyişməyə başladı. "Quş qripi", "donuz qripi" və bu kimi heyvanlardan gələn viruslar dünyada yayıldıqca, ölüm halları artdıqca qorxulu xəstəliyin məhz insandan deyil, heyvandan keçə biləcəyini anlayan insanlar daha da ehtiyatlı olmağa başladılar. Lakin bu ehtiyat da heyvanlardan gələn bakteriyaların qarşısını ala bilmir. Çünki ona qarşı görülən tədbirlərdə zaman-zaman insan tənbəlliyi, qorxmazlığı üzündən axsamalar yaranır. Nəticədə isə bakteriyalara yoluxmaq qaçılmaz olur.

Belə yoluxulması qorxulu, lakin insanlar tərəfindən elə də təhlükəli qəbul edilməyən bakteriyalardan biri brüssell bakteriyasıdır. Bu bakteriya insanı şikəst edib ömürlük iş qabiliyyətindən məhrum etməyə qadirdir. Kifayət qədər məlumatı olmayan insanlar isə belə bakteriyalara fikir vermir, vaxtında müalicə almır. Nəticə isə acınacaqlı olur. Xüsusən kənd rayonlarında yayılma ehtimalı olan bakteriyanın səbəbi o ərazilərdə mal-qaranın saxlanılmasıdır. Brussellyoz heyvanlardan və ya onlardan hazırlanan qidalardan insanlara keçən mikrob növüdür. Xüsusən sümük və əzələlərlə bağlı olan, bununla yanaşı bədənin digər orqanlarını da zədələyən yüksək qızdırma ilə müşahidə olunan bir xəstəlikdir. Brussellyoz insanın digər orqanlarına ziyan vuraraq, meningitə, qaraciyərin böyüməsinə, dalağın zədələnməsinə gətirib çıxara bilir. İri mal-qaradan keçən bu mikroblar sterilizə edilməmiş süd istifadəsi zamanı da insanlara keçə bilir.

Həkim infeksionist Maya Tanrıverdiyevanın sözlərinə görə, brussellyoz insanlar arasında çox ciddi xəstəlik kimi qəbul edilməsə də olduqca təhlükəli və ciddi xəstəlikdir. Bəzən yoluxmuş insan 39 dərəcə istiliklə özünü gümrah və yaxşı hiss edə bilər, buna aldanmamalıdır: "Brusellyoz xroniki gedişli xəstəlikdir. Xəstəlik insanların əlilliyinə səbəb olur. Xəstəliyə yoluxmuş heyvanlar isə məhv edilərək yandırılır. Brussellyoz zamanı insanda yüksək qızdırma olur və bu qızdırma zamanla yavaş-yavaş qalxıb enir. Uyğun müalicə aparılmadığı təqdirdə bu formada davam edir. Mikrob insan orqanizmində müxtəlif sümüklərdə yayıla bilər. Ən çox rast gəlinəni isə bud sümükləridir. Bu da ağrı ilə müşayiət olunur. Xəstəliyin vaxtında qarşısı alınmazsa, xəstəlik xroniki hal alır. Belə olduqda isə brusellyoz əsəb sisteminin pozulmasına səbəb olur".

Bir çox hallarda brussellyozun əlamətlərini bilməyənlər bunu qrip və ya soyuqdəymə zənn edərək terapevtə müraciət edirlər. Əgər terapevt öz işini yaxşı bilirsə, o zaman xəstəliyin simptomlarından bunun brussellyoz olduğunu təyin edir və xəstəni infeksionistə yönəldir. Belə olduqda sağalma prosesi tezləşə bilər. Ancaq əks halda oynaq və onurğa ağrıları və digər əlamətlərlə müşayiət olunan xəstəlik daha da şiddətlənir. Brussellyozda inkubasiya dövrü 7 gündən 30 günə qədər və daha çox davam edir. Xəstəliyin necə davam etməsi insandan-insana dəyişir. Xəstəliyin başlanmasından əvvəl kefsizlik, zəiflik, əhval-ruhiyyənin düşkünlüyü, kəskin zehni və fiziki yorğunluq, başağrısı, iştahanın azalması müşahidə olunan prodromal dövr 3-5 gün davam edir. Sonra xəstəlik gərginləşir, temperatur yüksəlir, şiddətli tərləmə üstünlük təşkil edir. Qızdırma uzun çəkir, xəstəliyin qızğın dövründə temperatur qalxır. Limfatik düyünlər, xüsusən boyun və qoltuqaltı düyünlər paxla boyda olur, ağrımır. Brussellyozun kəskin və yarımkəskin formalarının müalicəsinə antibiotiklərin tətbiq edilməsi ilə başlayırlar, bunlar antibakterial təsir göstərir, bədənin temperaturunun enməsinə, tər ifrazatının azalmasına səbəb olur. Müalicə kursla aparılır və normal, düzgün müalicə sonrası xəstəlikdən qurtulmaq mümkündür.

M.Tanrıverdiyeva bildirir ki, brüssellyozun yoluxması 3 yolla olur. Birincisi, insan heyvandarlıqla məşğul olur. İkincisi, heyvandan alınan süd, yaxud pendirin birbaşa istifadəsi zamanı, üçüncüsü isə laboratoriyada işləyənlər. Hər üçünün brüsella bakteriyasına yoluxma yolu fərqlidir: "Heyvandarlıqda məşğul olan insanlar heyvanlarla təmasda olarkən əlcək və raspiratordan istifadə etməlidir. Laboratoriyalarda da əlcək və raspiratorlardan istifadə olunmalı və xüsusi kabinalarda işləməlidirlər. Bu dünyanın bütün ölkələrində məcburiyyət halını alıb. Qida olaraq brusella bakteriyasına yoluxmamaq üçün pendir və süd alarkən diqqətli olmaq lazımdır. Sterilizə edilməmiş süddən hazırlanan qidalar təhlükə mənbəyidir. Südü qəbul etməmişdən öncə onu mütləq bişirmək lazımdır. Çünki yüksək temperaturda brussellyoz ölür. Eləcə də, pendiri 60 sutkadan artıq müddətdə duzlu suda saxlamaq, əti isə yaxşı bişirmək bu bakteriyaların insana keçməsinin qarşısını alır. Küçələrdə, əldə satılan, evdə hazırlanmış süd və pendir almaq məsləhət deyil".

Brüssellyozu tamamilə yox etmək mümkündür. Lakin çox ciddi müalicə lazımdır. Əsasən, insanlar məlumatlandırılmalıdır. Bu gün rayonların əksəriyyətində bu xəstəlikdən qorunmurlar, qorxmurlar. Halbuki, insanda fəsad yarada biləcək, şikəst edə biləcək bir bakteriyadır.

Azərbaycanda baytarlıq mütəxəssisləri və alimlər brussellyoz əleyhinə yeni bioloji aktiv maddə yaradıb. Yeni bioloji aktiv maddə brussellyoz xəstəliyinə tutulmuş bütün növ heyvanların 7 gün ərzində 100 faiz sağalmasına səbəb olur. Maddənin bakterisid təsirə malik olmasını öyrənmək üçün Respublika Baytarlıq Laboratoriyasının baktereologiya şöbəsində "Brussellyozun törədicisinə qarşı orqanizmdən kənarda (in vitro) həssaslığı" öyrənilib və onun bakteriosid təsirə malik olması sübut edilib. Eləcə də sınaqlar iribuynuzlu və xırdabuynuzlu heyvanlar üzərində aparılaraq brussellyoz xəstəliyinin modeli yaradılıb. Beləliklə, bu aktiv maddənin yüksək müalicəvi effekti əldə olunub.

Qeyd edək ki, ölkəmizdə 164 nəfər sözügedən xəstəlik daşıyıcısı aşkarlanıb. Ölüm halları isə qeydə alınmayıb.

Sağlamlıq     Baxılıb: 46843   Tarix: 05 fevral 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

geyim dəbləri qadin dunyasi hamilelikde qidalanma hepatitlər qış geyimləri geyim şəkilləri qadin.net kosmetika novruza aid hakışta bayatı novruz bayramina aid hakisdalar dovsan gozde olar