BSJ peyvəndi haqda bilmədiyiniz FAKTLAR

BSJ peyvəndi haqda bilmədiyiniz FAKTLAR- Vərəm xəstəliyi XIX əsrdə minlərlə insanların həyatına son qoyurdu.
1882-ci ildə alman mikrobioloqu Robert Kox bu təhlükəli xəstəliyinin səbəbi olan bakteriyanı aşkar etmişdir. Bakteriyanı belə də adlandırdılar - "Kox çöpü". Hal hazırda bu bakteriya vərəm mikobakteriayası adlanır.
- Saglamolun.az bildirir ki, 1923-cü ildə fransa alimləri Kalmett və Qeren vərəm əleyhinə vaksin hazırlayıblar. Vaksinin əsl adı "Bacillum Calmette Guerin" (BCG). Bizdə bu vaksini adətən BSJ adlandırırlar. Əvvəllər vaksin orqanizmə peroral (ağız boşluğundan) yeridilirdi və çoxlu ağırlaşmalara səbəb olurdu. Daha sonra alimlər vaksini təkmilləşdirib daha təhlükəsiz və effektli ediblər.
- Müasir BSJ dəri daxilinə yeridilir. Nəticədə orqanizmdə yerli, insanın ümumi sağlamlığı üçün ziyansız olan vərəm prosesi inkişaf edir. Bunun nəticəsində isə orqanizm vərəm mikobakteriyasına qarşı xüsusi anticismlər hazırlayır.
- Vərəm olduqca ciddi xəstəlikdir. Bir çox hallarda bu xəstəlik immun sistemi zəif olan uşaqlarda inkişaf edir. Heç bir insan (nə böyük, nə də xüsusilə uşaq) bu xəstəlikdən sığortalanmayıb.
- BSJ peyvəndi vərəmin çox effektli profilaktik tədbiri sayılır. Belə hesab olunur ki, vərəm xəstəliyinə qarşı vaksinasiya bu xəstəliyin inkişafını 15 dəfə azaldır və vərəmin ağır formalarının inkişafının qarşısını alır.
- BSJ vaksini doğulandan sonra körpəyə ilk vurulan peyvənddir (4-cü-7-ci günlər arası vurulur). Həkimlər tövsiyə edirlər ki, BSJ uşağa məhz doğum evində, uşaq evə yazılmamışdan əvvəl vurulsun.
- Vaksindən sonra immunitet 1 ilə kimi formalaşır. Çiyində kiçik çapığın əmələ gəlməsi immunitetin formalaşmasının göstəricisidir. Çox kiçik azgörünən çapıq bu xəstəliyə qarşı immunitetin tam formalaşmamasından xəbər verir. Bu halda ftiziatrla məsləhətləşmək lazımdır.
- Peyvənd vurulandan sonra vərəmə qarşı immunitet insanın ömrünün sonuna kimi qalır.
- BSJ peyvəndi bütün ölkələrdə tətbiq olunmur. Misal üçün, ABŞ-da və bir çox Avropa ölkələrində bu peyvənd yalnız bəzi kateqoriya insanlara vurulur.
- Hazırda BSJ peyvəndinin koronavirusa qarşı təsiri öyrənilir. Müşahidələr göstərir ki, bu peyvənd tətbiq olunan ölkələrdə koronavirus daha az yayılıb və daha az hallarda insanların ölümünə səbəb olur. Məsələn, koronavirusun ən çox yayıldığı ABŞ, İtaliya, İspaniya kimi ölkələrdə BSJ tətbiq olunmur. Keçmiş postsovet ölkələrinin əksəriyyətində BSJ indi də geniş tətbiq olunur və görünən odur ki, bu ölkələr koronavirusdan daha az zərər görüb.
- BSJ peyvəndinin orqanizmə təsirini öyrənən bəzi alimlər qeyd edir ki, bu peyvənd orqanizmin ümumi immunitetinə təsir edir, orqanizmi tək vərəm deyil, bir çox digər virus və bakteriyalara qarşı davamlı edir.
- Bəzi məlumatlara görə, BSJ sidik kisəsi xərçənginin və bəzi digər xəstəliklərin riskini azaldır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1122   Tarix: 07 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava