Bu dəfə südün saxtası: Uzun müddət qalması üçün içinə…

Bu dəfə südün saxtası: Uzun müddət qalması üçün içinə…Eyyub Hüseynov: "Ölkədə qida təhlükəsizliyini tənzimləyən qanun yoxdur"

Bu gün paytaxt Bakının küçələrində kiçik tutumlu süd daşıyan avtomobillərdə, işlənmiş su qabları və sellofan qablarda təbii süd satışı həyata keçirilir. Müşahidələr göstərir ki, sakinlər arasında belə südün alınmasına maraq o qədər də az deyil. Onların üzərində südün hansı rayondan gəlməsi barədə məlumat yazılır. Məlumdur ki, süd tez xarab olan məhsuldur. Adətən, təbii süd sağılan kimi bişirilməsə, içərisində olan komponentlər, mineral maddələrin parçalanması nəticəsində çürüyür.

Ekspertlər bildirir ki, çiy süd sağıldıqdan 2-7 saat sonra satılmalıdır. Bu halda həmin süd rayondan gətirildiyi üçün bu müddətə satılması mümkün deyil. Maraqlı məqam da burda yaranır. Necə olur ki, bişirilməmiş süd uzaq məsafədən gətirilməsinə baxmayaraq çürümür?

Əldə etdiyimiz məlumata görə, təbii süd, yağ, pendir, şor, qatıq adı altında satılan məhsulların başına sözün əsil mənasında min bir oyun açılır. Uzun müddət qalan südün tərkibində turşuluq artır ki, bunun qarşısını almaq üçün sahibkarlar südün içinə soda əlavə edirlər. İlk öncə təbii südün üzü yığılır, daha sonra qaymağa ən ucuz yağlar qatılır. Nəticədə kənd yağı adı altında saxta kərə yağı istehsal edilib əhaliyə satılır. Yerdə qalan üzsüz südə isə maya atıb pendir düzəldirlər.

Həmçinin dondurma istehsalında təbii məhsulların istifadəsinə üstünlük verdiyini iddia edən şirkətlər də var ki, onlar da bu süddən istifadə edirlər.

Son biri iki ildə bazarlarda "sex şoru" adlanan yağlı kəsmiklər də peyda olub. Satıcılar onu məlumatı olmayan istehlakçılara təbii kəsmik kimi sırıyırlar. Adi kəsmiyə gizli sexlərdə vaxtı keçmiş duru və marqarin yağları qatılır. Həmin ağartı məhsulu bazarlarda yağlı kəsmik adı ilə vətəndaşlara satılır. Polietilen torbalara doldurulmuş "sex şoru" bəzən bir həftə, 10 gün piştaxtanın üzərində qalır. Onun qiyməti 3-4 manat arasında dəyişilir. Bunu əsasən ağartı məhsullarının satışı ilə məşğul olan alverçilər satır. Ona görə də bu gün yağsız kəsmik daha təhlükəsiz hesab olunur.

Südün mavi rəngə boyanmasının bir çox səbəbləri var. Mütəxəssislər bildirir ki, bu, piqment əmələ gətirən mikroorqanizmlərin çoxalmasından, heyvanların göy piqmentli meşə otu yeməsindən, yel vəzilərinin vərəmindən, südə su qatıldıqda, südün yağını götürdükdə, südü qalaylanmamış qabda saxladıqda rast gəlinir.

""Camış yağı" adı altında satılan yağların əksəriyyəti saxtadır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Cümhuriyət" qəzetinə bildirib ki, nikel soyuducularda satılan südlərə tələbat var: "Onların soda qarışdırılmışı da var, təzəsi də. Lakin istehlakçılar bunu asanlıqla ayırd edə bilmir. Bu sahəyə nəzarət edən heç bir ekspertiza da yoxdur. Bəzən də hansısa rayonun adından istifadə edib südün satışını həyata keçirirlər. Südü dondurulmuş vəziyyətdə 2-3 sutka saxlamaq olar, çürüməz. Sadəcə onun töküldüyü qab təmiz olmalıdır. Lazımi temperaturda saxlanılsa, heç nə olmaz. Üç dövlət orqanlarına müraciətlər göndərmişəm ki, "İvanovka" markası altında Bakıda fəaliyyət göstərən 16 mağazada saxta süd məhsulları satılır. Dövlət orqanları buna nəzarət etmir. Ona görə də istehlakçılar diqqətli olmalıdır. Bu cür problemlərlə bağlı Azad İstehlakçılar Birliyinə mütəmadi zənglər daxil olur".

Ekspert təbii yağların hazırlanması istiqamətində ciddi problemlərin olduğunu da vurğulayıb: "Marqarin yağlarını nehrələrdə qarışdırırlar. Camış yağı adı altında satılan yağların əksəriyyəti saxtadır. Əhalini bu cür məhsullardan qorumaq üçün qida təhlükəsizliyə dair qanun qəbul olunmalıdır. Təəssüf ki, bu qanun 4 ildir beynəlxalq təşkilatlar tərəfindən hazırlanıb hökumətə verilsə də hələ ki, bir nəticəsi yoxdur. Lakin 20 gün bundan öncə ölkə başçısı qida təhlükəsizlik agentliyinin yaradılması barədə sərəncam verdi. Gözlənilir ki, bu qurum 2018-ci ildən fəaliyyətə başlayacaq". Eyyub Hüseynov tələblərini Baş nazirin müavini Əli Əhmədova rəsmi şəkildə göndərdiyini də deyib: "Nazirlər Kabinetinin idarə rəisi səviyyəsində məni qəbul etdilər. Görüş əsanasında məlum oldu ki, onların qida təhlükəsizliyindən ümumiyyətlə xəbərləri yoxdur. Təklif etdim ki, Azad İstehlakçılar Birliyi istehlakçıların səsin onlara çatdırmaq üçün toplantılarda təmsil olunsun. Hələlik heç bir məlumat yoxdur. Birlik saxta süd və süd məhsullarının araşdırılması istiqamətində heç bir monitorinq aparmayıb. Yalnız istehlakçıların telefon zənglərini müəyyənləşdirir. Çünki ölkədə qida təhlükəsizliyini tənzimləyən qanun yoxdur. Bu işi yerinə yetirən dövlət orqanları da tam fəaliyyətsizdir".

Xəbərlər     Baxılıb: 3497   Tarix: 08 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

turlar.az

yay kolleksiyasi geyim şəkilləri geyim seçimi hakışta xınayaxdı qarağatın faydaları valideyne aid statuslar piroqlar kosmetika novruz bayramına aid bakışta arıqla sanama veten rus dili