Bu dərmanların tez-tez qəbulu komaya səbəb olur. Həkimlərdən ciddi xəbərdarlıq
Valokordin və Korvalol adətən ürəkdə narahatçılıq, ağrı hissi zamanı istifadə olunur. Bu dərmanlar əhali arasında çox populyardır və apteklərdə reseptsiz satılır.
Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu 2 dərman heç də ziyansız deyil.
Saglamolun.az Rusiya KİV-lərinə istinadən bildirir ki, nə valokordin, nə də korvalol ürək-damar sistemi xəstəliklərinin müalicə və profilaktikasında heç bir yardım etmir. Bu səbəbdən həkimlər ürəkdə hər hansı narahatçılıq, ağrı olduqda bu dərmanlardan istifadə etməyi tövsiyə etmirlər ki, bu qiymətli vaxt itkisinə, xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.
Valokordin və korvalol əsasən yuxusuzluqdan əziyyət çəkənlərə yardım edə bilər. Bunun əsas səbəbi preparatların tərkibində olan narkotik maddə fenobarbitaldır. Fenobarbital tez bir zamanda asılılıq yaradır ki, insana "effekt almaq" üçün getdikcə daha böyük dozalar tələb olunur. Bu isə çox təhlükəlidir.
Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi pozulmaları, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər.
Avropa ölkələrində bu preparatlar çoxdandır ki, istifadə olunmur.
Bütün bunları nəzərə alaraq mütəxəssislər bu preparatların özbaşına qəbulundan çəkinməyə çağırır.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları