Bu effektli üsullardan istifadə edərək saçlarınızı düzləşdirin

Bu effektli üsullardan istifadə edərək saçlarınızı düzləşdirinBu effektli üsullardan istifadə edərək saçlarınızı düzləşdirin

1. Saçınıza yaxşı istilik qoruyucu serum səpin. Bu saçı fenlə qurutma prosesində qovuqcuqları qoruyur və saçınıza parlaqlıq əlavə edir. Saçınızı qoruyucu serumla bərabər şəkildə örtmək üçün bu məhsulu saçınıza əlavə edin və darayın.

2. Saçı düzləndirici məhsullar alın. Düzləndirici şampunlar və kondisionerlər saçdakı qıvrımları azaltmaq üçün nəzərdə tutulmuşdur. Ən yaxşı məhsullar üçün kosmetik və gözəllik vasitələri dükanlarından və gözəllik salonlarından alın, yaxud da salon ekspertindən sizə köməklik göstərməsini xahiş edin. Aldığınız şampun və ya kondisionerin tərkibində sadalanan inqrediyentləri oxuyun. Alkoqolun həmin məhsulların tərkibindəki əsas inqrediyentlərdən biri olmadığına əmin olun, çünki o sizin saçınızı qurudacaq və düzlənməsini daha da çətinləşdirəcəkdir. Düzləndirici serum və yaxud yuyulmağa ehtiyacı olmayan kondisioner almaq haqqında düşünün ki, saç qovuqcuqlarınızın güclənməsinə kömək etsin.

3. Saçınızı düzləndirici məhsullarla yuyun və qurudun. Saçınızın öncədən nisbi nəmlik dərəcəsindən asılı olaraq kondisioneri saçınızda 15 dəqiqədən 45 dəqiqəyə kimi saxlayın. Sonra kondisioneri yuyun və qalan nəmliyi dəsmalla qurudun.

4. İon yaradan fendən istifadə edin. Saçınızı düzəldə biləcəyiniz hissələrə ayıraraq arxadan başlayıb önə doğru işləyin və bir hissə tam hamar olmayana qədər onu bitirməyin. Saçınızı bütün boyu ilə daramaq üçün cod və yaxud bərk plastik daraqdan istifadə edərək kökündən ucuna qədər darayın.

5. Saça forma verən məhsul ilə işi bitirin. Saçınız tamamilə quru olduqda onu düzgün darayın və əllərinizdən istifadə edərək yüngül forma verən gel ilə və yaxud formanı saxlamaq üçün musla hamarlaşdırın.

Metod İki: Ventilyator vasitəsilə daramaq

1. Saçınızı yuyun və nəmləndirin. Onu dəsmalla elə qurudun ki, hələ də nəm olsun, ancaq su damcılamasın. Əgər bu anda düzləşdirici serum əlavə etmək istəyirsinizsə, onu saçınıza yeridərək yumşaltmaq üçün barmaqlarınızdan istifadə edin.

2. Saçınızın çox hissəsini sancaqla arxaya vurun. Bir hissəni boş saxlayın. Bu, sizin birinci qurudacağınız hissə olacaqdır.

3. Ventilyatorun qarısında özünüzə yer seçin. İstənilən növ güclü fırlanan stolüstü və yaxud iri ventilyator işə yarayacaqdır. Ventilyatoru elə yandırın ki, o havanı düz sizin başınıza üfürsün.

4. Saçınızı kürəkvari daraqla darayın. Uzun, düz gedişlərlə saçınızı ventilyatorun qarşısında darayın. Darağı saçınızın düz kökünə qoyun və ucuna doğru dartın, saçı buraxmazdan öncə onu bir neçə saniyə düz saxlayın.

5. Birinci hissə tam quruyanda yeni hissəyə başlayın. Bu üsulla saçınız tam quruyana qədər davam edin. Proses sizin saçınızın uzunluğundan və qalınlığından (sıxlığından) asılı olaraq təxminən 15 dəqiqə çəkəcəkdir. Saçınızda heç bir nəm qalmayana qədər dayanmayın. Hətta kiçicik bir nəmlik qıvrımların yenidən geri gəlməsinə səbəb olacaqdır. Saçınızın diblərinə xüsusi diqqət verin, hansı ki onlar tam qurumayana qədər qıvrılmağa meyllidir.

6. Saça forma verən məhsul ilə işi bitirin. Saçınız tamamilə quru olduqda onu düzgün darayın və əllərinizdən istifadə edərək yüngül forma verən gel ilə və yaxud formanı saxlamaq üçün musla hamarlaşdırın.

Metod Üç: Diyircəklərdən istifadə etmək

1. Saçınızı yuyun və nəmləndirin. Onu dəsmalla elə qurudun ki, hələ də nəm olsun, ancaq su damcılamasın. Əgər bu anda düzləşdirici serum əlavə etmək istəyirsinizsə, onu saçınıza yeridərək yumşaltmaq üçün barmaqlarınızdan istifadə edin. Saçınızı elə darayın ki siz onu burmağa başlayanda mümkün qədər düz olsun.

2. Saçınızın bir topasını düz şəkildə ayırın. Həmin hissəni daraqdan keçirin. Diyircəyi saçınınızın uclarına qoyun və saçı onun ətrafına dolayın. Siz saçın həmin hissəsini başınızın dərisinə kimi tam doladıqdan sonra diyircəyi sancaq və yaxud qısqacla bərkidin. Bu prosesi bütün saçınız hissələrə ayrılıb dolanan qədər davam edin. Eyni cür dolama üsulundan istifadə edin ki, diyircəkləri çıxardıqda saçınız düz şəkildə aşağıya tökülsün.

3. Saçınızı qurudun. Başqa düzləşdirmə üsullarında olduğu kimi, düzləşdirmə prosesini bitirmək üçün saçınızın tamamilə quru olması vacibdir. Ya çasınızı diyircəkli şəkildə havada qurudun, yaxud da onu qurutmaq üçün aşağı temple saç fenindən istifadə edin.

4. Diyircəkləri çıxardın. Diyircəklərdən sancaqları açın və qoyun saçınız sərbəst tökülsün. O, hamar, parıltılı və düz olacaqdır

Digər Metodlar

1. Təbii düzləşdirici vasitə hazırlayın. 1 yumurtanı 2 fincan südlə qarışdırın və mümkün qədər çox saçınıza yaxın. Bu saçınızdakı zülal bağlarını düzləşdirəcəkdir. Saçınızı 10 dəqiqə süddə saxlayın, sonra başınızı plastik örtüklə bağlayın və qoyun əlavə 30 dəqiqə də saçınıza tam otursun. Bundan sonra. Həmişəki kimi yuyun, ya saçınızı fenlə qurudun, yaxud da ventilyatorun qarşısında daraqla qurudun.

2. Saçınızı bükün. Təzəcə yuyulmuş və daranmış saçı iki bərabər hissəyə bölün. Sol tərəfdəki hissəni qaldırın və onu başınızın üzərinə, sağ tərəfin üstündən dolayın. Onu başınızın ətrafına bükün və bir neçə yerdən saç sancağı ilə bərkidin. Sağ tərəfdəki hissəni qaldırın və və başınızın üzərindən digər tərəfə dolayaraq onu bir neçə yerdən saç sancağı ilə bərkidin. Saçınız tamamilə quruyanda sancaqları çıxarın və saçınızı düz şəkildə darayın.

3. Saçınızı yığın. Təzəcə yuyulmuş və daranmış saçı iki və yaxud daha artıq bərabər hissəyə bölün. Saçınızı bağlamaq üçün yumşaq parça sıxaclardan istifadə edin. Birinci sıcaxı başınızın üzərində düz mərkəzində yerləşdirin. İkinci sıxacı düz birincinin altından əlavə edin. İki sıxac bir-birinə toxunmalıdır. Saçın bütün hissəsi ucuna kimi bağlanana qədər sıxacları əlavə etməyə davam edin. Saçın bütün hissələri üçün bunu təkrar edin.

Gözəllik və Moda     Baxılıb: 2477   Tarix: 08 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari sac duzumleri vətən haqqında atalar sözləri kişi dünyası cins salvarlar facebook qarağatın faydaları kosmetika haxışda ziyafet geyimleri qiz evi haxista aslan lakonizm