Bu havada nəfəs almaq siqaretdən 350 qat daha təhlükəlidir - Ekspertdən XƏBƏRDARLIQ
Bir çox insanlar yandırılmış xəzəl qoxusundan zövq alır. Lakin məlum olub ki, bu, sağlamlığa ciddi ziyan vurur.
Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ekoloq Svetlana Berzina saralmış payız yarpaqlarının yandırılması zamanı meydana gələn hava tullantılarının siqaret tüstüsündən 350 qat daha zərərli olmasını bildirib.
Bəs niyə bu qədər təhlükəlidir?
İş ondadır ki, xəzəllər nəm şəkildə yandırıldıqda tüstüləyir. Nəticədə dəm qazı yaranır. Ancaq bundan əlavə benzopiren kimi kanserogen maddə meydana gəlir. Məlum olduğu kimi, kanserogen maddələr xərçəng riskini artıra bilər.
Bir ton zibil yandırılırsa, havada 30 kq-dan çox zərərli kimyəvi maddələr əmələ gəlir. Müvafiq hava şəraiti olmadıqda onlar itmir. Dolayısı ilə bu komponentlər torpağa nüfuz edir, yeri və suyu çirkləndirir.
Siqaretin təhlükəsi haqqında hamımız bilirik. Ancaq həqiqət budur ki, əgər xəzəllərin yandığı tonqalın yanında olsanız və bu hava ilə nəfəs alsanız - bu, siqaretdən 350 dəfə daha təhlükəlidir.
Təəssüf ki, yarpaqların yandırılması adi hal kimi qəbul edilir. Hətta məşhur rəvayət var: yarpaqları yandırsan, torpaq daha münbit olacaq. Lakin mütəxəssislər bunun belə olmadığını deyir. Bu, nəinki havanı korlayır, həm də ağciyərlərinizə zərər verir.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?