Bu maskanı dezinfeksiya eləsək, təkrar istifadəsi mümkündürmü?- HƏKİMDƏN AÇIQLAMA

Bu maskanı dezinfeksiya eləsək, təkrar istifadəsi mümkündürmü?- HƏKİMDƏN AÇIQLAMAN95 maskalarının apteklərdə çətin tapılması, qiymətinin nisbətən baha olması, xəstəliyin nə qədər davam edəcəyinin bəlli olmaması xəstəlikdən qorunmaq istəyənlərin maddi xərclərinin artmasına gətirib çıxarır. İnfeksiyadan qorunmaq üçün N95 maskalarından istifadə edənlərdə "dezinfeksiya edib, təkrar istifadə etmək olarmı" sualı yaranır. Bu suala cavab verən araşdırma Amerikada Oxford Universitetində aparılıb.
Milli.Az medicina.az-a istinadən həkim kardioloq Arif Cavadovun bu mövzuda araşdırmasını təqdim edir:
"N95 maskalarını təkrar istifadə etmək üçün tibbi spirtlə dezinfeksiya edib təkrar istifadə edənləri eşitmişəm. Bu maskaların dezinfeksiyasında əsas məsələ üzərindəki respirator filterlərinin effektivliyini qorumaq və plastik materialını əritmədən dezinfeksiya etməkdir. Araşdırmada 4 növ dezinfeksiya üsulu tədbiq olunmuşdur.
1. 75%-li tibbi spirt
Təəssüflər olsun ki, tibbi spirtlə dezinfeksiya zamanı maskanın respirator filtirinin effektivliyi 56%-dək azalmışdır. Buna görə də N95 maskalarını tibbi spirtlə dezinfeksiya məsləhət görülmür. (Xlorin əsaslı dezinfektantlarla həmçinin)
2. Ultrabənövşəyi şüa
10 dəqiqə ultrabənövşəyi şüa ilə dezinfeksiya zamanı filtirin effektivliyi qorunmuşdur. Hətta 10 dəfə dezinfeksiya olunmasına baxmayaraq respirator filtirinin effektivliyi 95%-in üzərində qalmışdır.
3. İsti hava
75 dərəcə isti hava ilə 30 dəqiqə aparılan dezinfeksiyada filtirin effektivliyi qorunmuşdur. Dezinfeksiyanın 20 dəfə təkrarlanmasına baxmayaraq filtirin effektivliyi 95%-in üzərində qalmışdır.
4. Buxar
Qaynayan suyun buxarı ilə aparılan 10 dəqiqə dezinfeksiya da filtirin effektivliyini qorumuşduq, ancaq bu üsulla sadəcə 3 dəfə dezinfeksiyada effektivliyi qorunmaq mümkündür. 5 dəfə dezinfeksiyada filtirin effektivliyi 83%-dək, 10 dəfədən sonra isə 77%-dək enir.
Nəticə etibarı ilə bu araşdırma N95 maskalarının təkrar istifadəsi üçün dezinfeksiyasında 2 üsulun effektiv olduğunu göstərdi. Ultrabənövşəyi şüa ilə 10 dəqiqə müddətinə və 75 dərəcə isti hava ilə 30 dəqiqə dəfələrlə dezinfeksiya olunmalarına baxmayaraq respirator filtirlərin effektivliyi qoruyub saxlandı. Buxarla aparılan dezinfeksiya metodunda isə sadəcə 3 dəfədə filtirin effektivliyi qorundu.
Bir çoxlarınız əminəm ki, artıq N95 maskanızı evdə yemək bişirilən sobada 75 dərəcədə dezinfeksiya etməklə bağlı planlar qurursunuz. Araşdırmanı aparan müəllif yazısında bunu da qeyd edir ki, istər xəstəxanada, istərsə də çöldə istifadə etdiyiniz N95 maskalarınızı evə aparıb yemək bişirilən sobaya salmaqla və ya mətbəxdə su qaynadıb, buxar ilə dezinfeksiya etməyə çalışmaqla çöldə toplanan virusu qab-qacağa da yayarsınız. Buna görə də bu dezinfeksiya metdolarının evdə aparılması məsləhət görülmür. Bu araşdırmalar sadəcə laboratoriya şəraitində aparılıb. Müəllif onu da qeyd edir ki, aparılan bu araşdırma maskalar dezinfeksiya olunduqdan sonra COVİD19 virusundan qorunmanın effektiv olduğunu qeyd etmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1512   Tarix: 31 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista