Bu məhsullar hədsiz asılılıq yaradır - QİDA QURBANLARI nəyi bilməlidir?

Bu məhsullar hədsiz asılılıq yaradır - QİDA QURBANLARI nəyi bilməlidir?Pəhriz saxlamağa və düzgün qidalanmağa qərar verən insanlar sözlərinin üstündə dayanmağa çalışsa da, nədənsə əksər hallarda alınmır. Və bu sadəcə iradə məsələsi deyil. Dünən və ya daha əvvəl dadına baxdığımız bir sıra məhsullar haqqında düşünməyə bilmirik. Onları yenidən yemək istəyi bizi heç cür rahat buraxmır. Bütün bunlarda şirniyyat yedikdən sonra bədəndə yaranan hormonlar günahkardır. Onlar bizi asılı vəziyyətə salırlar. Xoşbəxtlikdən, problemi aradan qaldırmaq olar.
Publika.az oxucuları bədəndə ciddi asılılıq yaradan məhsulların siyahısı ilə tanış edir.
Hansı qidalar narkotik qədər dəhşətlidir?
Bir pletka şokolad, bir butulka qazlı içki, yaxud da duzlu və ya yağlı məhsullar beyində dopaminin - zövq hormonunun ifraz olunmasına səbəb olur. Məhz dopamin beyindəki zövq mərkəzini stimullaşdırır və ona "Daha çox ye, daha çox iç!" əmrini verir.
Alimlər hansı məhsulların asılılıq yaratdığını müəyyənləşdiriblər. Məlum olub ki, kimyəvi əlavələrdən savayı, yemək yediyiniz zaman yaranan dad duyğusu da yemək istəyinə təsir edir. Nə qədər yeyirsinizsə, asılılıq bir o qədər güclü olur.
Pendir
Yalnız fabrikdə hazırlanmış pendir deyil, ən təbii növü də asılılıq yaradır. Tədqiqatlar göstərib ki, pendirdə olan kazein xüsusi proteindir. Mədədə parçalanır və kazomorfinlər meydana gətirir. Bu maddələr opioid təsir göstərir, toxluq hissi deyil, zövq üçün daha çox yemək istəyi yaradır. Yeri gəlmişkən, bu protein əksər süd məhsullarında olur, lakin pendirdə o qədərdir ki, asılılıq yaradır. Pendiri sevirsinizsə, imtina etməyin. Sadəcə az miqdarda yeyin, nəticədə məhsul yüksək kalorilidir.
Hisə verilmiş kolbasa
Bəzi qidalanma mütəxəssisləri bildirir ki, hisə verilmiş kolbasanın tərkibinə qatılmış kimyəvi əlavələr və nişasta asılılıq yaradır. Qida mühəndisi İvan Rıjkovun sözlərinə görə, dadı artırmaq üçün kolbasaya natrium qlutamat E621 əlavə edilə bilər. Qlutamat iştah oyadır. Odur ki, istehlakçılar nadir hallarda bir dilim kolbasa ilə qane olurlar və onu sendviçdə fəal şəkildə istifadə edirlər.
Hisə verilmiş ət məhsullarını sevirsinizsə, özünüzü bir az məhdudlaşdırmalısınız, çünki kolbasa yüksək kalorili olduğundan, bədəndə duz yığılmasına və artıq çəkiyə səbəb olur.
Dondurma
Dondurma milyonlarla insanın ən sevdiyi desertdir. Tərkibində şəkər və doymuş yağ yüksəkdir. Odur ki, asılılıq yaradır. Tərkibindəki kalsium və fosfor sümük sağlamlığına faydalı təsir göstərir və əhval-ruhiyyəni yaxşılaşdırır. Dondurma bədəndəki stress səviyyəsini aşağı salan hormon olan trombotoninin ifrazını stimullaşdırır. L-triptofansa təbii sakitləşdirici vasitədir, sinir sistemini rahatlaşdıra bilir və yuxusuzluğun öhdəsindən gəlməyə kömək edir.
Şokolad
Dişləri məhv edən, şəkərli diabetə səbəb olan digər bir təam. Ancaq çox dadlıdır! Fakt budur ki, şokolad yalnız dopamin deyil, həm də sevgi hormonu adlandırılan oksitosinin ifrazını artırır. Rifahı yaxşılaşdırır və hər dilim şokoladla təsir yalnız güclənir.
Çörək
Mağazalarda həmişə çörəyi girişin yaxınlığında yerləşdirməyə çalışırlar ki, alıcının iştahını artırsın və daha çox alsın. Təzə çörək qoxusu aktiv tüpürcəyi artırır, ağzı sulandırır. Bundan sonra iştahaaçan çörəyə qarşı çıxa bilmək çətinləşir. Və sonra qələfələrə, ayaqlara və mədəyə yığılır.
Çörəyin tərkibindəki qlutin opioid peptid olan hormon ekzorfinin ifrazına səbəb olur. Buna görə undan imtina etmək, arıqlamaq və sağlam qidaya keçmək bizim üçün çətinləşir.
Asılılıqdan necə qurtulmalı?
Zərərli məhsullardan qurtulmaq özünüzə və bədəninizə olan sevginin təzahürüdür. Şirniyyat, un və yağdan birdən-birə imtina etmək lazım deyil. Dietoloqlar ən sevdiyiniz, lakin zərərli olan qidaları tədricən aradan qaldırmağı məsləhət görürlər.
"Qida gündəliyi tərtib etmək çox kömək edir. Həftə ərzində yediyiniz hər şeyi qeyd etməlisiniz və ən çox hansı qidaları özünüzə cəlb etdiyinizi, istehlak müddətində və sonra hiss etdiklərinizi dəftərə yazın. Fiziki hiss və emosiyaları qeyd edin. Beləliklə, asılılıq yaradan məhsulların vücudunuzda necə dəyişiklik yaratdığını daha aydın görmək imkanınız olacaq.
Faydalı əvəzedicilər tapmağa çalışın. Şirniyyat yerinə meyvə, duzlu pendir yerinə tərəvəz və ya ağ yağsız ət yeyin", - deyə dietoloq Yekaterina Zaxarova açıqlama verib.
Psixoloq Yulia Qaltçeva isə xəyal qurmağı tövsiyə edir: "Bədəninizin necə gücləndiyini, bədən quruluşunun daha incə olduğunu və beyninizin zərərli olan məcburiyyətdən necə qurtulduğunu düşünün.
Əsas odur ki, nəticəyə köklənin. Təhlükəli məhsullardan qurtulmaq yalnız sizi yaxşılaşdıracaq və özünə inamınızı artıracaq: asılılığınızı məğlub etməyi bacarsanız, demək hər şeyi edə bilərsiniz".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1994   Tarix: 13 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

donlar 2026 hamiləlik qadın geyimi gözəllik xəbərləri hakisda suni mayalanma ziyani geyim 2026 kosmetika qaynana hakista fitat ziyafet geyimleri ariqlamaq kahfe fali