Bu qrup meymunçiçəyini daha şiddətli keçirir

Bu qrup meymunçiçəyini daha şiddətli keçirirDünya təcrübəsi göstərir ki, xəstəliyin kliniki əlamətləri xeyli dəyişib. Əvvəllər səpgilər əldə, boyun nahiyəsində olurdusa, indi səpgilər daha çox qarın alt nahiyəsində, genital hissələrdə olması barədə rəylər var. Səpgilərlə yanaşı, halsızlıq, baş-boğaz ağrısı, bel və əzələ ağrıları, intoksik və qripəbənzər əlamətləri hiss etdikdə Həkimə müraciət etmək məsləhətdir.
Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. Həkim bildirib ki, meymunçiçəyi virusu Azərbaycana hələ gəlməsə də, bir qrup xüsusilə diqqətli olmalıdır. 
"Təbii çiçəyə qarşı vaksinasiya olmayan 42 yaşından aşağı vətəndaşlar meymunçiçəyinə qarşı xüsusilə həssasdılar. Təbii çiçək vaksini vurduranlar isə meymunçiçəyinə ya yoluxmurlar, yoluxsalarsa da, onu çox səthi və yüngül keçirirlər. Odur ki, virus ölkəmizdə qeydə alınarsa, dərhal karantin tədbirləri görülməli, əhali maarifləndirilməli, 42 yaşından aşağı əhali arasında təbliğat işi gücləndirilməlidir ki, yoluxma riski azalsın", - professor bildirib. 
Qeyd edək ki, rusiyalı mikrobioloq, Meçnikov adına Dövlət Elmi-Tədqiqat Peyvəndlər və Zərdablar İnstitutunun elmi direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev Ura.ru saytına müsahibəsində meymunxəstəliyinə həssas insanların kateqoriyasını açıqlayıb. Onun sözlərinə görə, xroniki xəstəlikləri, eləcə də immun sistemi ilə bağlı problemləri olanlar xəstəliyi daha ağır keçirir: "Bir qayda olaraq, xüsusilə immunitetlə bağlı problemləri, yaxud xroniki xəstəliyi olanlar meymunçiçəyi xəstəliyini daha şiddətli keçirir. Hələlik Afrikada, hətta Amerikada ölüm halları qeydə alınsa da, adətən bu xəstəlik çox ləng irəliləyir. Təxminən 40 nəfər xəstələndi və bir neçə ölüm oldu, amma bunlar əsasən onkoloji və ya digər ciddi xəstəlikləri olan insanlardır".

Sağlamlıq     Baxılıb: 2309   Tarix: 20 iyun 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri hamilelikde qidalanma dəri xərçənginin əlamətləri konservləşdirilmiş məhsullar toyluq donlar 2026 doslu qizlar kosmetika haxisda novruz bayrami hakisda nağıllar turpun nağlı sac modelleri