Bu rəng eynəklər gözlərinizi kor edə bilər! - SOS
Günəş eynəyindəki qırmızı, mavi və sarı linzalar gözlərə zərər verə bilər, rəng reproduksiyasını poza, gözlərdə təzyiqi artıra, hətta insanda aqressiyaya səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "Gazeta.ru"-ya oftalmoloq Vladimir Ageyev məlumat verib.
"Qırmızı linzaların uzun müddət istifadəsi göz əzələlərinin həddən artıq gərginləşməsi ilə nəticələnir: gözlər tez yorulur, baş ağrıyır, insan özünü halsız hiss edir. Qırmızı rəng təkcə gözlərə deyil, həm də sinir sisteminə və psixoloji vəziyyətə pis təsir göstərir. Belə linzalar yorğunluğa səbəb ola və ya əksinə, insanı aqressiv və əsəbi edə bilər", - həkim xəbərdarlıq edib.
Həkim bildirib ki, mavi linzalı şüşələr seçmək də tövsiyə edilmir - onlar torlu qişa üçün zərərli olan müvafiq rəngin günəş şüalarını keçirirlər. Bundan savayı, onlar düzgün rəng təzahürünün formalaşmasına mane olurlar. Sarı və ya narıncı linzaların faydalılığı qismən doğrudur. Onlar pis havada kontrastı və dərinliyi yaxşılaşdıraraq görməyə kömək edir, lakin günəşli havalarda gözlərdə təzyiqi artırdığı üçün onları kor edir.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Yuxuda sevişmək nəyə yozulur?
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm