Bu sadə qayda insanı bir çox xəstəliklərdən qoruyur

Bu sadə qayda insanı bir çox xəstəliklərdən qoruyurƏllərin yuyulması çox effektli gigiyenik proseduradır.
Bu qaydaya əməl etməklə siz özünüzü bir çox infeksion xəstəliklərdən qoruya bilərsiniz.
Araşdırmalar nəticəsində məlum olub ki, əllərin yuyulması bağırsaq infeksiyalarının (o cümlədən, dizenteriya, hepatit A və s.) riskini 50-60%, qripp və kəskin respirator infeksiyalarının riskini 15-25% azalda bilər.
Əllərinizi effektli şəkildə yumaq istəyirsinizsə, buna 20 saniyədən az olmayaraq vaxt sərf edin və əllərinizi 2 dəfə sabunlayın.
Həkimlərin müşahidələrinə görə, adətən insanlar əllərin yuyulmasına orta hesabla 6 saniyə vaxt sərf edir. Bu isə əllərin effektli yuyulmasını təmin etmir.
Əllərinizi yuduqda barmaqların uclarına, barmaqlar arasında məsafələrə, dırnaqlara xüsusi diqqət yetirin. Mikroblar daha çox burada yığılır.
Əllərinizi yeməkdən əvvəl, yemək bişirməkdən əvvəl, tualetdən sonra, evə çöldən  qayıtdıqdan sonra, pulla təmasdan sonra, evi yığışdırdıqdan sonra, heyvanlarla və onların ifrazatları ilə təmasdan sonra, istənilən tibbi və gigiyenik proseduralardan əvvəl və sonra (məsələn, yaranın işlənməsindən, uşağın "pampersinin" dəyişilməsindən sonra), kontakt linzalarının və diş protezlərinin taxılmasından sonra mütləq yumaq lazımdır.
Həkimlər adi tualet sabunundan istifadə etməyi tövsiyə edirlər. Duru sabunlardan istifadə etmək daha yaxşıdır.
Uşaqlar və böyüklər üçün olan dəsmallar ayrı olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1046   Tarix: 25 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

aksessuarlar gozel gorunmek maskalar sağlam ol şirniyyat və tortlar qısa saçların yığılması maraqli sitatlar kosmetika bayatilar qadin saglamlig novruz hakısdası prostat ginekoloq