Bu şəxslər meymunçiçəyinə yoluxmayacaqlar - İnfeksionistdən AÇIQLAMA

Bu şəxslər meymunçiçəyinə yoluxmayacaqlar - İnfeksionistdən AÇIQLAMAKoronavirus təhlükəsini geridə qoyduğumuz bu günlərdə ikinci bir infeksion xəstəlik - meymunçiçəyi ilə bağlı narahatlıqlar artır. Koronavirusa yoluxma zamanı mütəxəssislər növbəti 6 ay ərzində təkrar yoluxmanın olmayacağını, olarsa, xəstəliyi yüngül keçirəcəyimizi bildirirdilər.
Bəs koronavirus keçirmiş insanların meymunçiçəyi virusuna yoluxmaq ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı sfera.az-a danışan infeksionist Nicat Əzimli yeni yayılan xəstəliyə yoluxmamağın iki halda mümkün olduğunu deyib:
"Koronavirusla meymunçiçəyi virusu tamamilə ayrı viruslardır. Birini keçirən insan digərinə qarşı immunitet qazanmır. Yəni koronavirusa yoluxmuş insan sağaldıqdan sonra, hətta koronavirusla xəstə ikən meymunçiçəyinə də yoluxa bilər.
Meymunçiçəyinə yoluxmamaq üçün ya həmin xəstəliyi keçirmiş olmaq, ya da ömürlük immunitet verən çiçək vaksinini almış olmaq lazımdır. Bu da hazırda 1980-ci illərdən öncəki çiçək vaksinasiyasında iştirak etmiş şəxslərə aiddir".
İnfeksionist xəstəliyin dinamikası məsələsinə də toxunub:
"Vəziyyətin necə dəyişəcəyi haqda indilik heç nə demək mümkün deyil. Çünki ÜST belə bunun haqda fikir bildirmək üçün zamana ehtiyac olduğunu qeyd edir. Onu da bildirim ki, hazırda aşkarlanmış xəstələrin təmasda olduğu şəxslər içindən də yeni xəstələr çıxmaq ehtimalı var. Bunun da olub olmayacağını zaman göstərəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1127   Tarix: 23 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geymler 2026 yay geyimləri 2026 gözəllik məhsulları tanışlıq saytı donlar 2026 qaraqoyunlu dərəsi qadınlarda erroziya kosmetika kökəlmək üçün qogal kahfe falı gəncə novruza aid hakisda