Bu simptom təhlükəli xəstəlikdən xəbər verə bilər
Dəri orqanizmin ən böyük orqanıdır. İstənilən xəstəlik və pozulmalar dərinin vəziyyətinə təsir edir.
Gözlərin ətrafında qara kölgələrin əmələ gəlməsi bir çox hallarda yuxunun az olması, stress, dəriyə düzgün olmayan qulluq, qızardılmış, hisə verilmiş, duzlu qidalardan, siqaret və spirtli içkilərdən sui-istifadə zamanı əmələ gəlir. Lakin bəzən bu simptom çox ağır daxili xəstəliklərin xarici təzahürü kimi meydana çıxır.
Bu xəstəliklər arasında:
- böyrək xəstəlikləri
- ürək-damar sistemi xəstəlikləri
- helmintozlar (qurd xəstəlikləri)
- qalxanvari vəzi xəstəlikləri
- qanazlığı
- qadınlarda hormonal pozulmalar.
Bu səbəbdən gözlər ətrafında qara (göyümtül, sarımtıl) kölgələr əmələ gəlibsə onları krem və pudra ilə gizlətməyə tələsməyin, terapevtə müraciət edin. Müayinədən sonra həkim hər hansı pozulmadan şübhələnərsə, sizi analizlərə və digər mütəxəssislərin müayinələrinə göndərə bilər.
Saglamolun.Az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür