"Bu xəstəliklərin hamamdan çıxıb "lüt" gəzməklə əlaqəsi yoxdur"

"Bu xəstəliklərin hamamdan çıxıb "lüt" gəzməklə əlaqəsi yoxdur""Yuxarı tənəffüs yollarının kəskin iltihabı xəstəliklərinin pivə içmək, dondurma yemək, əynini nazik geymək, hamamdan çıxıb "lüt" gəzməklə əlaqəsi yoxdur.
Publika.az xəbər verir ki, bunu anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Məşhur həkim soyuqdəymənin immuniteti zəiflətmək xüsusiyyətinin cüzi olduğunu bildirib:
"Adətən xəstələnməmişdən (el arasında soyuqdəymə) əvvəl prodromal əlamətlər olur. Yəni xəstəliyin əsas əlamətləri görünmür. İnsan bilmir ki, o xəstələnib, ya yox. Sadəcə yorğunluq, əzginlik, yuxululuq, yüngül əzələ ağrıları olur. Bəzən xəstədə qızdırma olur. Lakin bunu xəstə hiss etmir. Susuzluq hiss edir. Ürəyi soyuq, sərin içki və ya qida istəyir. Əynini nazik geyinir. Bilmir ki, bu artıq xəstəliyin əlamətləridir.
Səhəri gün xəstəliyin əsas əlamətləri özünü göstərməyə başlayır: baş ağrısı, burun axması, kəskin halsızlıq, qızdırmanın daha da yüksəlməsi, üşütmə, titrəmə, öskürək və s. O insanı hamı danlayır ki, sən dünən dondurma yedin, pivə içdin, əynini nazik etdin deyə xəstələndin. Heç kimin ağlına gəlmir ki, o, dünən artıq xəstə idi. Bəzən zəiflədiyi üçün bədəni sərinlik istəyirdi. Pivə içməzdən əvvəl o artıq xəstələnmişdi.
Qısası, yuxarı tənəffüs yollarının kəskin iltihabı xəstəlikləri, pivə içmək, dondurma yemək, əynini nazik geymək, hamamdan çıxıb "lüt" gəzməklə əlaqəsi yoxdur. Bəs nə ilə əlaqəsi var? Soyuq çox az rol oynayır, yəni immuniteti zəiflətmək xüsusiyyəti cüzidir. Törədici olmazsa, soyuq insana heç nə edə bilməz. Məsələn, insanı maye azota belə salsanız, steril şəraitdə o dona bilər, amma soyuqdəymə ilə xəstələnməyəcək. Törədici ilə birbaşa əlaqəsi vardır". /publika.az

Sağlamlıq     Baxılıb: 2165   Tarix: 12 sentyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

hamiləlik geyim necə seçməli yay kolleksiyasi cennet almasindan murebbe bilinçik resepti kakos yagi manqal salati kosmetika oyunlar veten haqqinda bayati qurd ve quzu hakisdalar orqazm