Bu xəstəliyi olanların koronavirusdan ÖLÜM RİSKİ BÖYÜKDÜR
Diş əti xəstəliyi olanlar COVID-19-u ağır formada keçirir və hətta bu xəstəlik ölümlə də nəticələnə bilir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Journal of Clinical Periodontology"da dərc olunmuş tədqiqatın nəticələrində bildirilir. Məqalədə göstərilir ki, diş əti xəstəliyi ilə COVID-19-a yoluxanların belə bir problemi olmayanlarla müqayisədə xəstəliyinin kəskinləşmə ehtimalı 9 dəfə yüksəkdir.
Periodontit və ya diş əti xəstəliyi, diş itirilməsinə və digər ciddi fəsadlara səbəb olan ağız boşluğunun ağır infeksiya xəstəliyidir. Parodontit və ya parodontoz sistemli iltihablarla müşayiət olunan digər xroniki xəstəliklərə xas risk amilidir. Yaxşı məlumdur ki, bu xəstəliyi olanlar COVID-19-un daha ağır formasına məruz qalırlar.
Tədqiqat nəticəsində məlum olub ki, diş əti xəstəliyi ilə koronavirusa yoluxanların ağciyərlərin süni ventilyasiyası aparatına qoşulma, reanimasiyaya düşmə, ölüm riski və tez-tez ağırlaşmalarla qarşılaşma ehtimalı yüksəkdir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi