Bunlar üzünüzdə qırış yaradacaq

Bunlar üzünüzdə qırış yaradacaqEstetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır.
Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətraf mühitin də böyük təsiri var. Dəridə qırışların yaranmasına səbəb olan bir çox vərdişləri aradan qaldırmaq isə öz əlimizdədir.
Saglamolun.Az Axşam.az-a istinadən yaşlanmağa səbəb olan amilləri təqdim edir.
Makiyajı təmizləmədən yatmaq:
Makiyaj üzdə uzun müddət qalmamalıdır. Yatmamışdan qabaq mütləq üz yuyulmalıdır. Makiyajla yatdığınız zaman üzünüzdəki məsamələr tutulur. Beləliklə, dərinizdə səpkilər yaranır və zaman keçdikcə yaşlanmağa səbəb olur.
Həddindən artıq şəkər qəbulu:
Dərinin daha parlaq və sağlam olmağı üçün qanda şəkərin miqdarının daim nəzarət altında olması mütləqdir. Şəkərin qəbulu metabolizmanın zəifləməsinə səbəb olur. Bu da dəridə ölü hüceyrələrin yaranmasına zəmin yaradır. Şəkərli içkilər də dərinin qurumasına səbəb olan amillərdən biridir. Bu səbəblə dərinin ehtiyaclarını su ilə qarşılamaq daha məqsədə uyğundur.
Siqaretdən istifadə:
Siqaret çəkən insanlar ilə həyatı boyunca siqaret istifadə etməyən birinin qırışları arasında iki qat fərq olduğu təsdiqlənib. Mütaəmadi olaraq siqaretdən istifadə etmək dərinin elastikasının itməsinə səbəb olur. Bunun nəticəsində qırışların artması daha da tezləşir.
Təkrarlanan üz hərəkətləri:
Gün ərzində daimi olaraq eyni mimiklərdən istifadə etmək, tez- tez gülümsəmək, qaşları çatmaq və s erkən qırışların yaranmasına səbəb olur. Bu mimikalardan gənc yaşda istifadə etdikdə dərimiz əvvəlki halına qayıdır, yaş artdıqca isə elastiklik itir və qalıcı qırışlar yaradır.
Yatmaq qaydası:
Üzü üstə yatmaq üzünüzün və sinənizin qırışmasına səbəb olur. Arxası üstə yatmaq dərinizin daha cavan qalmasına kömək olacaq.
Saglamolun.Az

Gözəllik və Moda     Baxılıb: 9521   Tarix: 19 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

turlar.az

hamiləlik yemek reseptleri kosmetik vasiteler gənc qızlar üçün saç düzümləri xinayaxdi ucun sozler dişlər qız bürcü kosmetika novruz bayramı haxışta baldiza aid bayraq ikizler oglaq