"Buzlu şüşə" diaqnozu ilə bağlı deyilənlər yanlış imiş

"Buzlu şüşə" diaqnozu ilə bağlı deyilənlər yanlış imiş"COVID-19 pnevmaniyası zamanı kompüter tomoqrafiya (KT) ilə ağciyərin zədələnməsinin faizlə göstərilməsinin heç bir elmi əsası yoxdur və məlumatsız pasiyentləri bununla da psixoloji olaraq gərginliyə salmaq yolverilməzdir".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, elmi tədqiqatlara əsasən, ağciyərlərin zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni ağciyərdə dəyişikliyin xəstəliyin neçənci gününə xas olmasının qeyd edilməsi zəruridir:
"Ümumiyyətlə kompüter tomoqrafiya ilə bir neçə vacib məsələyə diqqət yetirilir. Bu barədə mənim özümün də dünyanın nüfuzlu jurnallarında çap edilən elmi tədqiqatlarım var. Amma aylardır diqqətimi çəkən bir məqam var ki, bu, Azərbaycanda icra edilir və heç bir cavabdeh qurum və ya şəxslər buna reaksiya vermir. Bu da ağciyərdə olan dəyişikliyin sadəcə "buzlu şüşə" adlandırılması və faizlə miqdarının göstərilməsidir. Bu, çox ciddi yalnışlıqdır və bu səhvə görə insanın həkimliyinə şübhə ilə yanaşarlar".
"Buzlu şüşə" diaqnozu ilə bağlı deyilənlər yanlış imiş"Bu fikirlərlə kimlərisə aşağılamaq fikrim yoxdur. Sadəcə bu kimi halların heç bir elmi əsasının olmaması ilə yanaşı insanları ciddi təşvişə salmaq və narahat etmək yolverilməzdir. Ona görə də bunu deməyi bir həkim kimi özümə borc bilirəm. Bu cavabları yazan həkimlər bilməlidir ki, ümumiyyətlə ağciyərdə olan dəyişikliklərin ilkin mərhələsinin patofiziologiyasında əsas rolu alveolyar epitelin və ağciyər-damar endotelinin zədələnməsi tutur. Müalicə həkimi də ilkin mərhələdə xəstəni kompüter tomoqrafiyaya yönləndirəndə ağciyərlə bağlı bilmək istədiklərindən ən vacibi patologiyanın COVID-19-a tipik olması, onun hansı səviyyədə olması və görünən ağciyər zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni xəstəliyin neçənci gününə aid ağciyər dəyişikliyinin olmasıdır. Digər vacib məsələlər isə xəstənin özünün kliniki vəziyyətindən asılı olaraq fərqli olur. Bir daha təkrarlayıram ki, heç bir müalicə həkiminə faizlə miqdar lazım deyil və lazım olmamalıdır. Bundan başqa, hər kəsdə də "buzlu şüşə" dedikləri dəyişikliyi yazmaq olmaz. Çünki həmin dedikləri dəyişiklik xəstəliyin müəyyən günlərində olur və sonra o öz xarakterini dəyişir. İnsanlara da səslənib bildirmək istəyirəm ki, sizlərə deyilən "buzlu şüşə" heç də qorxulu bir şey demək deyil, hətta əksəriyyətinizin KT cavablarınızda da o səhv yazılıb" - N.Abdullayev əlavə edib. (report) /publika.az

Sağlamlıq     Baxılıb: 1930   Tarix: 22 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

hamilelikde qidalanma donlar 2026 gelinlikler erotik fantaziya boşanmalar usaq saclarinin yigilmasi qadin psixologiyasi kosmetika tut ağacı tutdudu saglam qidalanma baldiza aid haxisda xərçəng bürcü vetene aid atalar sozu