C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açır

C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açırDəyişkən və soyuq hava bir çox xəstəliklərin üzə çıxmasına təsir edir. Bu müddətdə vücudun xəstəliklərə qarşı mübarizə aparması üçün C vitamini çox vacibdir. Bəs bədənin ifraz etmədiyi C vitamini hansı qidalardan almaq laızmdır?
Publika.az xəbər verir ki, türkiyəli mütəxəssis Sedat Işık C vitaminin əhəmiyyətini izah edib.
O, bildirib ki, Vitamin C suda həll olunan vitaminlərdən biridir, bədəndə sintez olunması və ya saxlanılması mümkün deyil. Odur ki, yalnız gündəlik qəbul edilən qidalar yolu ilə orqanizmin ehtiyacı qarşılana bilər. Bu vitamin olmadıqda skorbit xəstəliyi yaranır. Skorbit xəstəliyi C vitamininin çatışmazlığından irəli gəlir və bu xəstəlik zamanı diş ətlərində iltihab və qanama müşahidə olunur.
C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açırC vitamini bədənimizə daxil olduğu andan immun sisteminə necə təsir edir?
Payızdan başlayaraq soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı profilaktik təsir göstərir.
Üst tənəffüs yolları xəstəliklərinin simptomlarını azaltmağa kömək edir.
Müalicə müddətində şəkər xəstələrinə lazımi müqavimət göstərməyə kömək edir.
İmmun sistemini gücləndirdiyi üçün bir çox xəstəliklərə, xüsusilə xərçəngə qarşı müdaifə rolunu oynayır.
Yüksək qan təzyiqinin aşağı düşməsini təmin edərək insult riskini azaldır.
Dərinin səthindəki hüceyrələri yeniləyir, yaraların və ya buna bənzər halların sağalmasına kömək edir.
Sinir sistemindəki hüceyrələri tarazlıqda saxlayır və bununla da insanın ruhi xəstəliklərə tutulma sürətini azaldır.
Gec sağalmış yaralar C vitamini çatışmazlığını göstərir.
C vitamini çatışmazlığı varsa, dəri özünü yenilənə bilməz və göyərmə meydana gəlir.
Ağız, dodaq, burun içində və yanaqlarda yaralar görülür.
Sinir hüceyrələrinin ehtiyac duyduğu turşunun miqdarının azaldılması sinirlərin zədələnməsinə səbəb olur və bu vəziyyət beyin inkişafına mənfi təsir edir.
Sümüklərdə və əzələlərdə şiddətli ağrı hiss edilir.
Yaralar gec sağalır və keçməyən sızanaq ləkələrə səbəb olur.
C vitamini olan yeməklər
C vitamini çatışmazlığı BU XƏSTƏLİKLƏRƏ yol açırXüsusilə portağal, qırmızı bibər, kivi, limon, naringi, yaşıl bibər, itburnu və qırmızı kələm C vitamini ilə çox zəngindir. Bunlardan başqa; çiyələk, brokkoli, noxud, üzüm və cəfəri də C vitamini ehtiyaclarını ödəyə biləcək qidalar arasındadır.
Gün ərzində 2 stəkan portağal suyu kifayətdir
Gündəlik C vitamini ehtiyacını 2 stəkan portağal suyu və ya 1 orta boy kivi ilə qarşılamaq mümkündür. Qeyd edək ki, C vitamini istilik, işıq və oksigenə həssasdır. Bişdiyi zaman C vitamini təxminən 30-40 faiz itkiyə məruz qalır. Odur ki, daha çox çiy halda yemək tövsiyə olunur. Yaxud da bu qidaları buxarda bişirməklə vitamin itkisini minimuma endirmək mümkündür.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1884   Tarix: 02 noyabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

yay geyimləri 2026 gozel gorunmek yemek reseptleri geyim seçimi elm aid atalar sozleri estetik gözəllik nermin ibrahimova kosmetika big.az maya maskasi zehmet ve zinet sac duzumleri aslan