Çantanı tut, xarakterini deyim

Çantanı tut, xarakterini deyimQadının ən vacib aksessuarlarından biri də çanta hesab olunur. Çanta müasir moda dünyasında qadın obrazının tamamlanmasında zəruri amil kimi qiymətləndirilir. Məsələn, qırmızı çanta romantizmi, qara, yaxud ağ çanta isə sakitliyi ehtiva edir.

Kişilər daşıdığı çantaya əsasən qadınların xarakterini asanlıqla müəyyən edə bilərlər. Əgər qadın çantanı düz tutursa, əmin ola bilərsiniz, o, hər şeyi nəzarət altında saxlayır. Qadının çantasını qoltuğunda götürməsi onun işgüzarlığından xəbər verir. Çarpaz qaytanlı, məktəbli çantasına bənzər çantaların bir çiyinə götürülməsi qadının ciddi münasibətlərə hazır olmadığını göstərir. Qadın çantanı qoluna götürürsə və yumulmuş ovcu yuxarı istiqamətlənirsə, onun evdarlığına, aşağı istiqamətlənirsə, ərköyünlüyünə, şıltaqlığına işarədir.

Evdar qadınlar adətən çantanı çiyinlərinə götürürlər, amma qadın çantanı özünə sıxırsa, bu, xəsisliyin göstəricisidir. Ancaq çanta çiyinlərə atılırsa və əllər sərbəst şəkildə yanlarda sallanırsa, bu, qadının şən və əhlikef olması anlamındadır.

Müasir formalı qadın çantaları ötən əsrin ortalarında meydana çıxıb. Buna qədər isə çantanı başlanğıcını XVII əsrdə – XIV Lüdovikin zamanından götürən cibi xatırladan xırda kisəciklər əvəz edirdi. Bu kisəciklərdə pullar saxlanılırdı. Bu kisələr kişilərin kəmərindən asılırdı, qadınların isə ətəyinin altında saxlanılırdı. XVII əsrdən başlayaraq qadınlar bu çantacıqları ətək altında gizlətməkdən vaz keçdilər. Ötən əsrin iyirminci illərində bir məşhur ledi individual çanta sifariş etdi. Həmin vaxtdan etibarən çanta indiyədək əhəmiyyətini və aktuallığını itirməyən aksessuara çevrildi.

İyirminci əsrin otuzuncu illərində incə və ciddi siluetli çantaları əllinci illərdə tədricən daha böyük xələfləri əvəz elədi. Səksəninci illərdə çantalar nə isə daşımaqdan daha çox, libasları tamamlayan miniatür element rolunu oynayırdı.

Lakin müasir qadın hazırda öz basırıq çantasında evin açarını güclə tapır. Hazırkı dövrdə qadın çantaları müxtəlifdir və biz onlarda keçən onilliklərin bütün dəb elementlərini görə bilərik. Bu gün pulqabını xatırladan miniatür klatçdan tutmuş böyük ölçülü çanta götürən heç bir qadını dəbdən kənar hesab etmirlər. Hər kəs üslubuna uyğun gəlini seçə bilər - işgüzar ledi, ziyafət çantası, gənclərin üstünlük verdiyi çantalar.

Çanta alarkən yadda saxlayın, bu aksessuar sizin obrazınızı tamamlamaqla yanaşı, ona yeniliklər əlavə edir.

Gözəllik və Moda     Baxılıb: 2488   Tarix: 25 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

turlar.az

yay geyimləri 2026 toy makiyaji sekilleri toy gecesi hicab baglamaq usullari milli yemek qadın sağlamlıq cavanlasdirici maskalar kosmetika qiz adlari vətənə aid atalar sözləri vətən aysel hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz