Cavan qalmaq istəyənlər bu qidalardan yesinlər

Cavan qalmaq istəyənlər bu qidalardan yesinlərBizim qida rasionumuz orqanizmimiz haqqında çox şey deyir. Gözəl dəri, sağlam saçlar, möhkəm dırnaqlar uzun illər sağlam və cavan həyat tərzindən xəbər verir. Qidaları banaslaşdırmaqla bütün bunları etmək mümkündür. Əks halda sizə heç bir makiyaj, zinət əşyaları və ya ağrılı kosmetik əməliyyatlar kömək edə bilməz. Bəs hansı qidalar cavanlığı qoruyub saxlayır?

Qızıl balıq

Qızıl balıq beyin funksiyasını yaxşılaşdıran qida elementlərindən ibarətdir. Əhvalı yüksəldir və ürək-damar xəstəlikləri riskini azaldır. Bu elemetlərdən ən əhəmiyyətlisi yağ turşularıdır. Omeqa-3 gözəllik və sağlamlığın ən vacib mənbəyidir. O, maddələr mübadiləsini tənzimləyən leptin hormonunun işini nizamlayır. Ona görə də bu qida sizi artıq yağlardan azad edir.

Balqabaq

Tərəvəzlər arasında balqabaq "dəmir anbarı" hesab olunur. Bununla yanaşı, o C, E, P, PP, B vitaminləri, nadir vitamin sayılan T ilə zəngindir və maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə, balqabaq tərkibindəki beta-karotin sayəsində immuniteti möhkəmləndirir. Bu maddə qocalıq əlamətlərinin əmələ gəlməsini ləngidən əsas maddə hesab olunur, dərini hamar və gözəl saxlayır.

Brokkoli

Balaca yaşıl ağaccıqlar təkcə dadlı deyil, həm də dietik qida növüdür. Məlumdur ki, cavanlıq aydın zəkadan başlayır. Brokkoli də ən yaxşı təbii antiskleroz vasitədir. Onu axşam yeməyi zamanı çiy şəkildə kreker kimi yemək, ədviyyatlar əlavə etməklə və ya öz damaq dadınıza uyğun şəkildə yemək hazırlaya bilərsiniz.

Əminliklə demək olar ki, gözəllik və sağlamlıq üçün soya əsas qidalardandır. Soya qədər tamamilə zülal tərkibi olan ikinci bitki yoxdur. Tərkibindəki fosfotid və lesitinlər sayəsində soya sinir hüceyrələrini bərpa edir, qidalandırır və orqanizmin digər hüceyrələrinin regenerasiyasında iştirak edir. Şirniyyat və yağlı yemək sevənlər üçün soya "sehirli çubuq" kimidir. O, yağları tez bir zamanda parçalayır, şəkərin səviyyəsini aşağa salır və orqanizmi xolesterindən təmizləyir.

Gözəllik və Moda     Baxılıb: 2330   Tarix: 26 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

geyim necə seçməli aksessuarlar yay kolleksiyasi daginiq skleroz mualicesi hicablı xanımlar 2026 gəlinliklər saç kəsimləri 2026 kosmetika dolça novruz bayramina aid hakistalar video dolca qu quşu