Cavanlığı və gözəlliyi qoruyan təbii vasitə

Cavanlığı və gözəlliyi qoruyan təbii vasitəÜzüm çəyirdəkləri unikal kimyəvi tərkibə malikdir.
Onların tərkibində protein, A, B, C, E, PP vitaminləri,  müxtəlif minerallar, faydalı yağlı turşular (olein, stearin, linol, palmintin və s.), xlorofill və s. faydalı maddələr var.
Üzüm çəyirdəyi E vitamini ilə xüsusilə zəngindir. Bu vitamin orqanizmdə qocalma və dağılma prosesləri ləngidir, ürək-damar və onkoloji xəstəliklərinin inkişafına mane olur, dərinin sağlam və cavan qalmasını təmin edir.
Üzüm çəyirdəkləri güclü antioksidantdır. Antioksidantlar orqanizmdə qocalma proseslərlə mübarizə aparır. Məhz bu səbəbdən üzüm çəyirdəyi və üzüm çəyirdəyi  yağı bir çox üz və bədən üçün olan anti-age (qocalma əleyhinə) kremlərə, maskalara və digər kosmetik vasitələrə əlavə olunur. Xüsusi üzüm çəyirdəyi ekstraktı kapsulları var ki, bu kapsulların qəbulu orqanizmə cavanlaşdırıcı təsir edir.
Bütün bunları nəzərə alaraq üzüm yedikdə onun çəyirdəklərini də yemək lazımdır. Lakin onlardan fayda almaq üçün çəyirdəkləri yaxşı çeynəmək və yalnız bundan sonra udmaq lazımdır. Bütöv şəkildə udduqda çəyirdəklər bağırsaqlara "şotka" kimi təsir edir - onları təmizləyir. Lakin bu halda çəyirdəklərin tərkibində olan faydalı maddələr orqanizmə daxil olmur.
Onu da nəzərə almaq lazımdır ki, üzüm çəyirdəkləri mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara ziyan vura bilər. Kiçik yaşlı uşaqlara üzüm verdikdə üzümü çəyirdəklərdən təmizləyin.
Üzüm çəyirdəkləri orqanizmdə müdafiə prosesləri sürətləndirir, orqanizmə xərçəng əleyhinə təsir edir.
Üzüm çəyirdəkləri qəhvəüyüdəndə əzin və bir qədər xama ilə qarışdırıb skrab kimi istifadə edin.
Üzüm çəyirdəyi yağı çox faydalı və qiymətli məhsul sayılır. Bu məhsulu ev şəraitində də hazırlamaq olar. Bunun üçün qırmızı üzüm çəyirdəkləri yuyulur, qurudulur, həvəngdəstədə yaxşı əzilir və bankaya tökülür, üzərinə çıxana kimi zeytun yağı tökülür. Yağı 10 gün ərzində sərin qaranlıq yerdə saxlayın (vaxtaşırı olaraq yağı qarışdırmaq lazımdır). 10 gündən sonra yağı yaxşı süzün və istifadə edin. Bu yağı dəriyə maska kimi çəkmək və 20 dəqiqədən sonra ilıq suda isladılmış pambıq disklə təmizləmək lazımdır. Belə maska dərini daha sağlam, elastik edir, cavanlaşdırır, kiçik qırışları yox edir, dərinin rəngini yaxşılaşdırır.
Üzüm çəyirdəyi yağı saçlar üçün də çox xeyirlidir - onların vəziyyətini yaxşılaşdırır, daha sağlam və canlı edir. Yağı saçların köklərinə sürtün, üzərinə plyonka, sonra dəsmalla örtün və 1 saat saxlayın. Daha sonra saçlarınızı yaxşı yuyun. Bu proseduru həftədə 1 dəfə etmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1082   Tarix: 07 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava