Cəfəri ilə gözəlliyə doğru

Cəfəri ilə gözəlliyə doğruKosmetoloqlar dərinin cavan və təravətli görünməsi üçün müxtəlif krem, losyon, balzam və digər vasitələr təklif edirlər. Lakin təcrübə göstərir ki, kosmetikanın son nailiyyətlərinə bel bağlamaqdansa, təbii üsullardan istifadə etmək daha yaxşıdır.

Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, "gözəllik şahzadəsi" adlandırılan cəfəri bitkisi bu sahədə əsl möcüzə yaradır.

Cəfərinin tərkibində gözəllik vitamini adlandırılan A vitamini çoxdur. Tərkibindəki unikal aktiv bioloji maddələr, efir yağları, biogen stimulyatorlar, fitonsid və flavonidlərə görə cəfəri dəridə maddələr mübadiləsini yaxşılaşdırır, onun vaxtsız qocalmasının qarşısını alır, tonuslandırır və ağardır.

Cəfəri üzərinə gicitkən yarpaqları əlavə edilir, üzərinə 1 stəkan qaynar su tökülür, vam ocaqda və ya termosda yarım saat dəmlənir, soyudulur və süzgəcdən keçirilir. Soyuducuda saxlamaq şərtilə 1 həftə səhər-axşam dəmləmə ilə üz dərisi silinir.

Göz qapaqlarının şişkinliyi, torbalanması və gözaltı kölgələr zamanı təzə cəfəri şirəsi ilə xiyar şirəsinin qarışığının çəkilməsi uğurlu nəticə verir.

Yuyulandan sonra yağlı saçlar və ucları qırılan tükləri cəfəri dəmləməsi ilə sirkənin qarışığında yaxalamaq faydalıdır, lakin saçlar təbii yolla qurudulmalıdır.

Hərəsindən 2-3 xörək qaşığı cəfəri, gicitkən və quzuqulağı üzərinə qaynar süd tökülərək 5 dəqiqədən sonra süzülür. Alınan qarışıqla boyun və sinə nahiyələrinə qalın qatla islatma qoyularaq 15-20 dəqiqə saxlanılır. İstiliyi daha çox saxlamaq üçün islatma üzərinə polietilen plyonka qoyulur, sonra boyun soyuq su ilə yaxalanır və ya güclü su şırnağı ilə yuyulur. Reseptdən boyun və sinə dərisinin elastikliyini saxlamaq, buxağın əmələ gəlməsinin qarşısını almaq üçün istifadə olunur.

50 qram təzə və ya quru cəfəri həvəngdəstədə əzilir, üzərinə yarım stəkan pivə əlavə edilərək 10-15 dəqiqə saxlanandan sonra losyona batırılmış tamponla üz dərisi təmizlənir, quruyandan sonra soyuq su ilə yaxalanması yağlı, civzəli dərini təmizləyir.

1 xörək qaşığı xırda doğranmış cəfəri yarpağı və ya 1 çay qaşığı cəfəri şirəsi 1 xörək qaşığı xama (quru dəri üçün) və ya yoqurtla (yağlı dəri üçün) qarışdırılır, alınan maska təmiz üzə çəkilir, 20 dəqiqə sonra soyuq su ilə yuyulması çil və piqment ləkələrini ağardır, dərini tonuslandırır, solğun dəriyə hamar və gözəl görünüş verir.

Cəfəri dəmləməsi ilə limon şirəsinin qarışığı isə səhərlər üz dərisinin silinməsi çillərin yaranması və həddindən artıq qaralmanın qarşısını alır. Quru və həssas dəri üçün limon şirəsini nanə və ya xiyar şirəsi ilə əvəz etmək olar.

Xəbərlər     Baxılıb: 1815   Tarix: 09 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

kosmetik vasiteler sac duzumleri geyim seçimi infeksiya körpə gəzintidə gəlinlik və toy dəbi sekis kosmetika kondom novruza aid hakışda maska sanamalar həsən bəy zərdabi