Çəkini normada saxlayır, dəriyə qulluq edir - hər gün bir ədəd yeyin
Xanim.az axşam.az-a istinadən portağalın faydalarını sadalayır:
1. Soyuqdəymənin dərmanıdır - tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirər. İnsanı soyuqdəymədən, viruslardan qoruyur. Bu vitamin bədəndə olan iltihablara təsir edər və onun sağalmasına şərait yaradar. Bir portağal insanın gün ərzində C vitamininə olan ehtiyacının yarısını ödəyər.
2. Qandakı pis xolesterinin səviyyəsini aşağı salır - tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir göstərir. Portağal suyu qanda olan yağlılığı aşağı salır. Ona görə, gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək tövsiyə edilir.
3. Çəkini normada saxlayır - portağalın tərkibində su, kalsium, bir qədər kalori var. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Çünki kalorisi azdır.
4. Portağal xərçəng xəstəliyini uzaqlaşdırır - tədqiqatlar göstərir ki, portağalın tərkibində olan anti-oksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır. Portağalın tərkibində olan C vitamini bir çox xəstəliklərin qarşısını aldığı kimi, xərçəngin də qarşısını ala bilir.
5. Ürəyinizə faydalıdır - portağalın tərkibində olan anti-oksidantlar ürək xəstəliklərinin də qarşısını alır.
6. Dəriyə qulluq edir - tərkibində olan anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır və hüceyrə sistemini gücləndirir. Ona görə də tövsiyə edilir ki, hər gün ya portağal yeyəsiniz, ya da onun suyundan istifadə edəsiniz.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür