Cəmi 1 nar artıq çəkidən sizi xilas edir, selulitləri göz önündəcə qar kimi əridir!

Cəmi 1 nar artıq çəkidən sizi xilas edir, selulitləri göz önündəcə qar kimi əridir!Qadinsyati.az xəbər verir ki, nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.
Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.
Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.
Nar orqanizmi təmizləyir və yağları yandırır.Adətən, qışda idmanla məşğul olmağın çətin olduğu deyilir. Hava soyuqdur, heç yerə çıxmaq istəmirsən, yağ və piy isə üst-üstə yığılır. Belədə, mütəxəssislər nar yeməyi məsləhət bilirlər. Dietoloq Sevinç Bakan arıqlamaq istəyənlərə bəzi məsləhətlər verib: "Qışda əsas yemək aralarında portağal, naringi, fındıq, qoz, qatıq, ayranla yanaşı, gündə bir dəfə nar yeyin. Nar qışın qızıl meyvəsidir. O həm orqanizmin immunitetini artırır, onu təmizləyir, həm də yağları yandırır". Dietoloq həmçinin bildirib ki, şəkərli diabet xəstələri üçün də nar faydalıdır. Çünki nar qanda şəkərin miqdarını tənzimləyir, ürək və damar xəstəliklərindən qoruyur.
İdman salonuna gedə bilməyənlərə dietoloq evdə hərəkətsiz qalmamağı tövsiyə edir: "Qışda çoxları idman etmək istəmirlər. Amma bunun da öhdəsindən gəlmək olar. Məsələn, televizora oturub baxmayın, otaqda ora-bura gəzinərək izləyin. Oturmusunuzsa, əl-qolunuzu hərəkət etdirin. Nahar edəndən sonra boşqabları masadan mətbəxədək bir-bir aparın, siniyə yığmayın. Ev işi görərkən də bədən üzvlərinizi çalışdırın. Hər gün musiqi altında azı 15-20 dəqiqə rəqs edin.

Həkimlər bildirirlər ki, nar şirəsi sürətli arıqlamağa kömək edir.
Bu məqsədlə 100 qr. nar şirəsinə 100 qr. su qatıb, yeməkdən yarım saat öncə için.
Arıqlamaq üçün olduqca səmərəli vasitə nar həlimidir. Onu hazırlamaq olduqca sadədir.
Bunun üçün 1 orta narı dənələyib blenderdən keçirirsən. Ona 2 xörək qaşığı zeytun yağı əlavə etmək lazımdır. Vasitə yeməkdən qabaq gündə 2 dəfə 1 xörək qaşığı ilə qəbul edilməlidir. Kurs müddəti 1 aydır.SaqlamHeyat.az

Gözəllik və Moda     Baxılıb: 6201   Tarix: 21 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

turlar.az

aksessuarlar kosmetoloq hamilelikde qidalanma yaşıl çay 2026 yaz kolleksiyasi lasyon hazirlanmasi ev dizaynlari qonaq otagi kosmetika olumu qiz evi haxista novruz novruz hakista xanım az