Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin

Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edinYaşla heç bir əlaqəsi olmayan əzələ dartınması çoxunun şikayət etdiyi vəziyyətdir.
Publika.az xəbər verir ki, dartınma özü ilə birlikdə əzələ və ya əzələ qrupunun dözülməz ağrılarını gətirir.
Bu vəziyyətin tez-tez təkrarlanması isə metabolik və nevroloji xəstəlikərin simptomudur. Məsələn, diabet, Parkinson xəstəlikləri əzələ dartınması sayəsində üzə çıxır. Maqnezium, kalium kimi mineralların, duz və B12 vitamin çatışmazlığı da dartınmaları tezləşdirə bilər.
Bəs bu problem ev şəraitində təbii üsullarla aradan qaldırıla bilərmi?
Xoş xəbərimiz var: əlbəttə!
*Maqnezium əlavələri (xüsusilə, sitrat və qlisinat duzları) dartınmanın qarşısını alır və azaldır.
* B1 vitamini dartınmanın ağrısını azaldır. B6, B12 əlavə ediləndə təsir daha da güclənir.
* Üzüm çəyirdəyi ayaqdakı əzələ dartınmalarını müalicə edir.
* E vitamini də bu işin öhdəsindən gələ bilər.
* Sodium və kalium çatışmazlığı qarın və ayaq bölgəsindəki dartınmalara səbəb ola bilər. Kalium və duz yeməklə bu problemin qarşısı alına bilər.
Yuxarıda adı çəkilən təbii məhsullar ən çox çərəzlərin tərkibində olur. Lakin çərəzlərdən istifadə edərkən də diqqətli olmaq lazımdır ki, sağlamlığı qorumaq istəyərkən artıq çəki yaranmasın.
Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin30 qram çərəzi həzm etmək üçün nə qədər hərəkət etmək lazımdır?
30 qram çərəz 175 qram kaloriyə bərabərdir. Bu kalorini yandırmaq üçün 30 dəqiqə nizamlı yürüş, ya da 45 dəqiqə sürətli yürüş etmək lazımdır. Eyni miqdar kalorini velosipedlə 20, yüksək sürətlə isə 15 dəqiqə yandıra bilərsiniz.
175 kalorini xərcləmək üçün ən az 20-25 dəqiqə üzmək lazımdır. Tennisi təkbaşına oynayırsınızsa 15, digər halda isə 30 dəqiqə bəs edər. Əgər qolf xoşlayırsınızsa, 15-20 dəqiqəyə ehtiyacınız var.
Çərəzlərin porsiyaları nə qədər olmalıdır?
Çərəzlərin sağlamlığa faydası sübuta ehtiyacı olmayan faktdır. Haradasa, bütün tərkibi sağlam yağlar, faydalı proteinlər, güclü minerallar, bol lif və vitamindən ibarətdir. Bununla yanaşı, həm də kalori bombasıdır. 100 qram çərəz 600 kaloriyə bərabər olur. Bu miqdar bir kişinin gündəlik kalori ehtiyacının dörddən-biri, qadınlarda isə üçdən-birinə bərabərdir.
Qısası, çərəzi ovuc-ovuc deyil, sayaraq yeməkdə fayda var, yoxsa artıq çəkiyə səbəb olar. Buna görə də gündə 30 qramdan çox çərəz yeməyin.
Gündəlik yeyilə biləcək çərəz miqdarı:
Badam (təzə): 20 ədəd
Fındıq (təzə): 20 ədəd
Yerfıstığı (qovrulmuş): 40 ədəd
Qoz (təzə): 5 ədəd
Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edinÇərəzləri qovrulmamış, duzlanmamış və qurumamış formada yeməkdə fayda var. Onları nəmli yerdə saxlamayın. Qaranlıq yerdə saxlanmalarında isə fayda var.
BONUS
Qış yaxınlaşarkən qalın geyimlərə bürünüb kilolarını gizlətmək istəməyənlər üçün tövsiyələrimiz var. Əgər bədəninizi daim "toksin əleyhinə silah" halına gətirmək istəyirsinizsə, mətbəxinizdə bu məhsullardan bol istifadə edin: sarıkök, cəfəri, dərəotu, kərəviz, sarımsaq, avokado, kələm, çuğundur.
Zümrüd

Sağlamlıq     Baxılıb: 2532   Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

qaşların formalari geymler 2026 qadın geyimi qadınlar tecavuze ugrayan qadinlar hüquq və qadın haqları xinayaxdi bayati kosmetika vətənə aid atalar sözləri vətən həsrəti gözellik qiz evi ucun ekizler