Çillər üçün maskalar

Çillər üçün maskalar1) Çillər və piqment ləkələrinin az görünməsi üçün cəfəri maskasından istifadə edin. 1 dəstə cəfərini blenderdə xırdalayıb üzərinə 1 xörək qaşığı xama və 1 xörək qaşığı limon şirəsi əlavə edib qarışdırın. Alınmış qarışığı üzə çəkib 20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

2) Piqment ləkələri və çilləri daha az görünən etmək üçün çaytikanı yağı da yaxşı təsir göstərir. 2 xörək qaşığı yulaf yarmasını bir qədər qaynar suda isladın, şişməsini müşahidə etdikdə üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Maska təmiz üzə çəkilərək 20 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.

3) Çillər və piqment ləkələri ilə mübarizə aparmaq üçün ağ turp da effektli vasitə sayılır. 1 ədəd kiçik ölçülü ağ turp sürtkəcin kiçik gözündən keçirilərək üzərinə 1 xörək qaşığı xama əlavə əlavə olunur. Alınmış maskan təmizlənmiş üzə çəkilərək 15 dəqiqə saxlanıldıqdan sonra yuyulur. Maskanın üz dərisinə allergik təsir etməməsini yoxlamaq üçün onu əvvəlcə üzün kiçik bir hissəsinə çəkin.

4) Çilləri və piqment ləkələrini yox etmək üçün alma sirkəsindən istifadə edin. Alma sirkəsinin də dəriyə qıcıqlandırı təsirini yoxlamaq üçün əvvəlcə onu da dərinin kiçik bir hissəsinə tətbiq edin.

5) Heyva şirəsi də çillərlə mübarizədə yaxşı təsir vasitəsi hesab edilir. Bunun üçün pambığı heyvanın təzə şirəsinə batırıb gündə bir neçə dəfə dərini silmək lazımdır.

6) Çiyələk maskaları da çillər və piqment ləkələrinə qarşı çox yaxşı təsir göstərir.

7) Yerkökünün şirəsini çillər və piqmentlər olan hissəyə sürtüb 20-30 dəqiqə saxlayın. Sonra soyuq su ilə yuyun. Bu şrədən tez-tez istifadə edilməsi məsləhət görülmür, çünki müntəzəm istifadə üz dərisini tündləşdirir.

8) Çillərə qarşı ən effektli vasitə isə xiyar hesab edilir. Xiyarı dairəvi doğrayıb üzüzə düzün və dəridə 15 dəqiqə saxlayın. Sonra üzü isti su ilə yuyun. Yadda saxlayın ki, mütləq təzə və təbii xiyardan istifadə etməlisiniz. Xarici və parnik xiyarlarından istifadə etmək olmaz.

Gözəllik və Moda     Baxılıb: 18729   Tarix: 11 may 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

turlar.az

gözəllik məhsulları sac duzumleri makiyaj etmek qaydalari kosmetoloq hamiləlik və analıq xinayaxdi ucun bayatilar şef master kosmetika birlik haqqinda salatlar saglam qidalanma bedii edebiyyat novruz bayramina aid hakistalar