Çin peyvəndi Braziliya vətəndaşını öldürdü
Milli Sanitar Təftiş Agentliyi ("Anvisa") braziliyalı xəstənin ölümü səbəbilə Çin şirkəti "Sinovac Biotech" tərəfindən hazırlanan "Coronavac" koronavirus peyvəndinin sınaqlarını dayandırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Butantan İnstitutunun rəhbəri Dimas Kovas məsələ barədə açıqlama verib.
"Ölümlə əlaqədar "Anvisa"ya məlumat verdik, amma bu əks effektlə bağlı deyildi. Bu qərardan təəccüblənmişik, çünki bu ölüm peyvəndlə əlaqəli deyil" - Kovas "TV Cultura"nın efirində deyib.
Beləliklə, "Anvisa" nümayəndələri peyvənd sınaqlarının ciddi əks təsirlərə görə dayandırıldığı iddialarını rədd edib. Kovasa görə, "Coronavac" peyvəndinin 95% təsirli olduğu sübut edilib, lakin xəstələrin 35%-də yüngül dərəcədə mənfi təsirləri qeydə alınıb.
Məlumat üçün bildirək ki, Braziliyada ingilis "AstraZeneca" şirkətinin peyvənd sınaqlarında iştirak edən könüllülərdən birinin öldüyü bildirilib.
Aytən Məftun /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir