"Cinemazadeh" yeni "Şairzadə" sosial layihəsini təqdim edir - VİDEO
"Cinemazadeh" studiyası yeni - "Şairzadə" sosial layihəsini təqdim edir.
BiG.AZ-ın məlumatına görə, "AzərTürkBank"la birgə hazırlanan şeir layihəsi Azərbaycan dilinə dəstək xarakteri daşıyır.
Tanınmış şairlərimizin məşhur şeirlərini qısametrajlı film kimi təqdim edərək ədəbiyyatımıza yeni nəfəs verməyi düşünən "Cinemazadeh" komandası ilk olaraq Novruz bayramı ərəfəsində dahi şair Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissəni ekranlaşdırıb.
Ekran işində şeiri xalq artisti Şamil Süleymanlı səsləndirib.
Layihənin ideya müəllifi və baş prodüseri Cəfər Axundzadə, baş redaktoru Xətai Əli, ssenari müəllifi Vüqar Hüseynov, icraçı prodüseri İsmayıl Bağırovdur.
"Heydərbabaya salam" qısametrajlı filminin quruluşçu rejissoru Taleh Yüzbəyov, quruluşçu operatoru Rauf Qurbanəliyev, post-prodakşn supervayzeri Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyevdir.
Qeyd edək ki, layihə çoxseriyalı nəzərdə tutulub və hər bir şeirə tanınmış rejissorlar quruluş verəcək.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür