Çörək dolması (Fodula) resepti

Çörək dolması (Fodula) reseptiTərkibi:
250 q qiymə,
1 soğan,
1 ədəd fırında bişmiş yumru çörək,
1 ovuc qoz, istiot,
Cəfəri,
Kərə yağı,
Tomat,
Ət suyu,

Hazırlanması:
Fırında bişən çörəyi isti -isti istifadə etmək olmaz.
Gözləmək lazımdır ki , çörək boyatlaşsın.
Təzə çörəklə bişirmək istəsəniz çörək xəmir olar.
Çörəyin yumşaq hissəsini tamamən çıxardın .
Balaca bir saxsıya bənzər qab alınacaqdır.
Ocağın üzərinə qoyduğunuz tavada yağı qızdıraraq içərisinə doğranmış soğanı və qiyməni əlavə edərək qovurun.
Qovurduğunuz bu qarışığın içərisinə çörəyin içini əlavə edib bir az da qovurmağa davam edin.
Əvvəlcədən qozu da iri-iri doğrayın.
Doğradığınız qozu, cəfərini, istiotu, duzu da qiyməyə əlavə edin.
Əldə etdiyiniz bu qarışığı boş olan çörək qabın içərisinə doldurun.
Geniş bir qabın içinə ət suyu qoyub hazırladığınız çörəyi suyun içinə qoyun.
Ət suyunun yüksəkliyi çörəkdən 2-3 barmaq qədər keçməlidir.
Ocaqda qaynayan ət suyundan ara sıra qaşıqla alaraq çörəyin üzərinə gəzdirin.
Ancaq çörəyi vam odda bişirmək lazımdır.
Bişən çörəyin üzərinə isti tomat sosu gəzdirin.
Bir müddət dəmə qoyduqdan sonra dilimləyərək servisə hazır hala gətirin.
İsti halda servis edin.

Nuş olsun!

Mətbəx     Baxılıb: 2913   Tarix: 30 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

turlar.az

gelinlikler yay geyimləri 2026 geyim və ayaqqabılar nagillar kisi ve qadin intim munasibetleri xiyar tursusunun hazirlanmasi qaydasi xalq mahnilari sozleri kosmetika rus dilini oyrenek 2ci ders tanisliq damla bakire rus dilini öyrənək 2 ci dərs