COVID-19-dan daha ÖLÜMCÜL EPİDEMİYA: Əgər qarşısı alınmasa

COVID-19-dan daha ÖLÜMCÜL EPİDEMİYA: Əgər qarşısı alınmasaAfrika qitəsində COVID-19-dan daha öldürücü olan malyariyaya çarə tapılmır. Bildirilir ki, Burkina-Fasoda bir çox xəstəxanada hələ indiyə qədər koronavirusdan ölüm qeydə alınmayıb. Ancaq malyariyaya görə artıq məzarlıqlarda yer qalmayıb. Bu xəstəliyə hətta "unudulmuş epidemiya" da deyirlər. Ağcaqanadlar tərəfindən yayılan xəstəlik ildə 400 min insanın ölümünə səbəb olur. Ən böyük risk qrupunda olanlar isə afrikalı uşaqlardır.
Burkina-Fasonun Səhiyyə İnstitutunun regional direktoru Halidou Tinto koronavirusun malyariyadan daha artıq diqqət çəkməsinin onları qəzəbləndirdiyini bildirib. Onun fikrincə, malyariya Qərb ölkələrində yayılsaydı, çarəsi çoxdan tapılardı.
Bəs nə üçün bu xəstəlik diqqətdən kənarda qalıb? Malyariyanı tamamilə necə məhv etmək olar?
Publika.az-a danışan həkim-cərrah, professor Adil Qeybulla bildirib ki, bu xəstəliyin özünün xüsusi endemik ocaqları var və həmin ərazilərdə daha çox yayılır: "Malyariya heyvan mənşəli infeksiyadır. Xəstəlik xüsusi malyariya ağcaqanadları vasitəsilə yayılır. Malyariya ayrı-ayrı yerlərdə, ən çox da ağcaqanadlar toplanan məkanlarda olur. Azərbaycanda da zamanında yayılmışdı və Aran bölgəsi xəstəliklə mübarizə aparırdı. Ümumiyyətlə, xəstəliyin yayıldığı xüsusi zonalarda malyariyadan xeyli insan həyatını itirirdi. Ancaq hazırda bu xəstəliyin müalicəsi üçün xeyli dərman preparatları var. Bu şəkildə malyariyadan xilas olmaq mümkündür".
COVID-19-dan daha ÖLÜMCÜL EPİDEMİYA: Əgər qarşısı alınmasaA.Qeybulla hesab edir ki, Burkina-Faso kimi yerlərdə karantin elan olunmalı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən lazımi tədbirlər görülməlidir: "Çıxış yolu yalnız budur. Düzdür, malyariyanın böyük bir pandemiyaya çevrilmə ehtimalı yoxdur. Çünki tarixdə belə nümunələr də mövcud deyil. Ancaq hər halda insan itkisi hamını narahat edir. İnsan ölümü Ümumdünya Səhiyyə Təşkilatını da narahat etməlidir. Ona görə də düşünürəm ki, heç olmasa bu təşkilatın nümayəndələri yerli orqanlara tövsiyələr verməli, lazımi dərman vasitələrinin alınıb istifadə edilməsi ilə bağlı göstəriş verməlidirlər. ÜST bu məsələni idarə etməlidir ki, xəstəlik daha geniş ərazilərə yayılmasın".
Hazırda koronavirusa çarə kimi dünyada vaksinasiya prosesi sürətlə aparılır. Malyariya əleyhinə isə peyvəndin kifayət qədər istehsal olunmadığı bildirilir.
Qeyd edək ki, malyariya peyvəndinin geniş şəkildə istehsal edilməməsinin təməl səbəbi maddiyyatdır. ABŞ koronavirus peyvəndi üçün 9 milyard dollar xərcləyib. Dünyada malyariya araşdırmalarına isə 2007-2018-ci illərdə cəmi 7,3 milyard dollar sərf olunub. Afrika ölkələri arasında da iqtisadi cəhətdən daha zəif olanlar xəstəlikdən xüsusilə əziyyət çəkir.
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 2021   Tarix: 09 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

toy makiyajlari toy gecesi qis geyimləri 2026 gündəlik bürclər gelinlikler 2026 geyim kolleksiyalari donlar 2026 kosmetika klitor cantalar maska azerbaycan brusell bakteriyası