"COVID-19-la bağlı immunitetin 80 faizi 7 aya itir" - XƏBƏRDARLIQ

"COVID-19-la bağlı immunitetin 80 faizi 7 aya itir" - XƏBƏRDARLIQ"COVID-19-la bağlı hazırki dünya mənzərəsi onu göstərir ki, pandemiyaya qarşı elmi əsaslı strategiyalardan başqa digər bütün strategiyalar ölüm hallarının hədsiz çox olması ilə müşahidə edilir".
Publika.az xəbər verir ki, bunu report-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, elmi əsaslı strategiyanın əsasını təşkil edəcək amillərdən ən önəmlisi xəstəlikdən sonra yaranan anticismlərlə bağlı vəziyyəti başa düşməkdir:
"Yəni, hansı immunitetin nə zaman yaranması və zəifləməsini bilməklə elmi əsaslı strategiyanın ən düzgün şəkildə təşkilini həm dövlətlər, həm də cavabdeh səhiyyə qurumları apara bilər. Bir daha vurğulayıram ki, bunlar nəzərə alınmayan strategiyalar nəticəsində ölüm saylarının çox olmasına rast gəlinir".
"COVID-19-la bağlı immunitetin 80 faizi 7 aya itir" - XƏBƏRDARLIQAzərbaycanlı alim bildirib ki, anticismlərdə olan dəyişiklikləri bilmək yenidən yoluxmanın nə vaxt baş verəcəyi və ümumiyyətlə, insanlar arasında qazanılmış immunitetin hansı zaman çərçivəsində qoruyucu olduğunu dəqiq deməyə əsas verir:
"Çində aparılan və son günlərdə elmi ədəbiyyata daxil olan çox önəmli bir elmi tədqiqata əsasən IgG, IgM və IgA-nın hansı zaman çərçivəsində və nə qədər azaldıqlarını deyə bilərik ki, bununla da Azərbaycanda elmi əsaslı strategiyanı önümüzdəki aylar üçün müəyyən etmək olar. Xüsusi diqqət çəkmək istədiyim və aidiyyatı insanları xəbərdar etmək istədiyim məqam isə IgA ilə əlaqədardır. Belə ki, selikli qişa immunitetində çox böyük rol oynayan, yəni insanın yenidən SARS-CoV2-yə yoluxmasında rol oynayan bu anticismi, ümumiyyətlə, laboratoloji testlərlə müəyyən etmək o qədər də asan deyil və hər ölkədə də bunu doğru apara bilmirlər. Bu gün tibb sahəsində əldə olan testlərin böyük əksəriyyəti isə bunu təyin etsə də, o qədər də doğru və dəqiqliklə təyin edə bilmirlər. Tədqiqatdan bəlli olur ki, 7 ayın tamamında IgA 80% itir. Bu da onu deməyə əsas verir ki, insanlar selikli qişa immunitetini zamanla ciddi şəkildə itirir. Təkcə bu fakt özlüyündə artıq bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən strateji addımların atılmasının vacibliyini göstərir".
Tibb elmləri doktoru peyvəndləmədən sonra IgA-nın miqdarının necə dəyişdiyi barədə sualı da cavablandırıb:
"Bu, çox vacib məsələdir. Bu günə qədər elmi tədqiqat olmasa da, çox önəmli laboratoriyalarda aparılan elmi tədqiqatların müşahidəsi onu göstərir ki, peyvəndlərin tətbiqindən bir müddət sonra da IgA-da itkilərə rast gəlinir. Amma bu, hələ ki, müşahidələrdir. Müşahidə olsa da bu, o deməkdir ki, yaxın 2 il üçün virusla mübarizə strategiyasını müəyyənləşdirməyin zamanıdır. Bunun üçün hər hansı bir beynəlxalq səhiyyə qurumunun aylar sonra verəcəyi açıqlamasını gözləmək lazım deyil".

Sağlamlıq     Baxılıb: 2243   Tarix: 30 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

gelinlikler reseptler toy makiyaji sekilleri kesmikli koke qadın dünyası az saç düzümləri is qurmagin yollari kosmetika vicdan seksi həsən bəy zərdabi hakista sozler janrlar