"COVID-19" və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək?

Qlobal siyasətdə dünya artıq dəyişkən canlı bir orqanizmdir. O, yarandığı gündən bəri sosial, siyasi, iqtisadi, kültürəl və epidemioloji faktorlar tərəfindən sistematik şəkildə inkişaf etdirilərək sosial-siyasi baxımdan davamlı olaraq dəyişdirilir. Dünyanın həm siyasi-fəlsəfi, həm də sistematik şəkildə dəyişməsində iqtisadi, siyasi, kültürəl və sosial faktorlar kimi bir çox amillər tarixən mühüm rol tutsalar da, lakin bu faktorların içərisində tarixi baxımdan ən əhəmiyyətlisi və ən əsası həm dünyanı, həm də onun siyasi anlayışını sistematik şəkildə dəyişməyi və formalaşdırmağı bacaran epidemioloji pandemiyalar olmuşdur.
Milli.Az politicon.co-ya istinadən bildirir ki, dünya qlobal siyasətində onun əsas fundamental faktorlarından biri olan xristianlığın Roma imperatorluğundan Makedoniyaya, Yunanıstana, İtaliyaya, Fransaya və eləcə də İspaniyaya hərəkət etməsindən bir zamanlar orta əsrlər siyasətində cəmiyyət həyatına oturmuş həmin bu dini fundamentalizmin dayaqlarının Orta əsrlər Qərb cəmiyyətində deqradasiya olmasına qədər bir çox şey tarixən, demək olar ki, epidemioloji pandemiyalarla əlaqəlidir. Dünyanın sosial, siyasi nizamının dəyişmə nöqtələrinə fikir versək, görəcəyik ki, Antonin vəba pandemiyası ilə xristianlığın Roma sərhədlərindən bütün Qərb coğrafiyasına yayılması, növbəti illərdə həmin bu dinin radikal fundamental şəkildə Qərb cəmiyyət həyatında oturuşması, daha sonra Vəba pandemiyası ilə Qərb cəmiyyət həyatında oturuşmuş həmin bu kilsə, dini hakimiyyətin deqradasiyaya uğraması, renessansın, aydınlanmanın, humanizmin və Fransa Burjua inqilabı ilə insan haqlarının meydana gəlməsi, qərbli intellektual insan modeli ilə feodalizmdən Vestfalia ilə milli dövlətlərə keçid edilməsi, daha sonra Tifüs pandemiyası ilə Qərb siyasi sistemdə Vestfalia ilə qurulmuş güc balansının radikal şəkildə dəyişməsi, nəticə olaraq ardınca XIX əsrdə Vyanna, Paris konqreslərinin baş tutması, daha sonra 20-ci əsrdə İspan qripinin pandemik təsirləri ilə Hindistanda, Cənubi Afrikada və digər yerlərdə, aparteid, müstəqillik və anti-imperialist kimi protestlərin baş verməsi, sosial nizamın pozulması kimi proseslərdə, demək olar ki, bir çox sosial faktorlar kimi həmçinin pandemiyaların yaratdığı təsirlər də əhəmiyyətli rol oynamışdır. Nümunələrdən də görüldüyü kimi sivilizasiya, sosial münasibətlər, cəmiyyət, hakimiyyət, milli dövlətlər və qlobal siyasət anlayışları meydana çıxdıqdan bəri dünya pandemik, siyasi, sosial və digər müxtəlif faktorlarla birlikdə anaoloji olaraq öz sistemini və formasını davamlı olaraq dəyişdirmişdir.
Bu gün də dünya bir zamanlar Antonin, Vəba, Tifüs, İspan qripi kimi pandemiyalarla öz siyasi, sosial, iqtisadi və kültürəl sistemini dəyişdiyi kimi COVID-19 pandemiyası ilə birlikdə yenidən öz nizamını dəyişdirməkdədir. 1989-cu ildə Berlin Divarının yıxılması ilə, 2008-ci ildə iqtisadi böhran ilə birlikdə dünya necə öz siyasi nizamını dəyişə bildisə, bu gün də COVID-19 ilə birlikdə dünya sosial və siyasi olaraq 1945-ci ildən bu yana tədricən formalaşmış öz ənənəvi nizamını dəyişdirməkdədir.
Bilinildiyi kimi 1945-ci ildə İkinci Dünya Müharibəsinin bitməsi ilə hal-hazırkı bildiyimiz ənənəvi qlobal siyasət anlayışının rüşeymləri praktik səviyyədə özünü göstərməyə başladı. Avropa Birliyi, BMT və Ümumdünya ticarət təşkilatı kimi siyasi, iqtisadi institutların qurulması, 70-ci illərdə çoxmillətli (multinational) korporasiyaların meydana gəlməsi, sürətlə böyüməsi və 90-cı ildə SSRİ ilə birlikdə 70 ildən çox ömür yaşamış kommunizmin dağılması və Soyuq Müharibənin bitməsi dünyanı təkqütblü kapitalist neoliberalizmə çevirdi. Liberal internasionalizmin, neoliberalizmin və ABŞ tərəfindən qorunan təkqütblü beynəlxalq təhlükəsizlik ideyasının fikirləri ilk başlarda nə qədər cəlbedici olsa da, lakin ilk sınaqlarını eləcə dərhal meydana çıxan dövrlərdə yaşamışdı. İraqın 1990-cı ildə Küveytin işğal etməsi və Qərb dövlətləri ilə İraq müharibəsinin başlanması, daha sonra 1999-cu ildə NATO qoşunlarının hava bombaları ilə Serb qoşunlarını Kosovodan kənarlaşdırması üçün oranı bombalaması və digər bu kimi nümunələr Soyuq müharibənin bitməsi ilə başlamış liberal internasionalizm və təkqütblü dünya barəsindəki optimist fikirlərin ömrünü o qədər də uzun sürdürmədi.
Liberal internasionalizm barədə optimist fikirlərin deqradasiyaya uğrandığı qlobal siyasətdə 11 sentyabr hadisələrinin baş verməsi, sanki Qərb üçün təkqütblü dünyanı qoruyub saxlamaq üçün ideal bir çıxış yolu oldu. Beləliklə, neo-konservativlərin 2000-ci illərdə əvvəlcə Əfqanıstanı, daha sonra İraqı işğal etmələri, rəngli inqilablara, Ərəb baharına töhfə vermələri təkqütblü, qlobal siyasi planlarını uğurla aparsa da, lakin diqqətlərin təkqütblü dünyanı qorumaqdan əlavə digər faktorlara yönləndirilməməsi yeni güclərin daha da böyüməsinə və onların öz limitlərini daha da genişləndirmələrinə səbəb oldu. Beləliklə, COVID-19-dan əvvəl Çin, Hindistan, Rusiya kimi regional güclərin böyüməsi Qərb və Şərq arasında güc balansını yenidən şəkilləndirsə də, lakin qloballaşmanın istənilən növünə ən böyük zərbə vuran COVID-19 pandemiyasının meydana gəlməsi bütün bu prosesin fundamental sistemlərini müvəqqəti dondurmağa başladı.
Beləliklə, bu müvəqqəti dondurulma prosesində COVID-19 təkcə qloballaşmaya, liberal internasionalizmə və neoliberalizmə deyil, həmçinin sosio-iqtisadi, dil, din, millət və dövlətindən asılı olmayaraq bütün dünyaya siyasi, sosioloji, kültürəl və iqtisasi zərər vurmağa başladı. Bütün bu zərərlər də artıq COVID-19 dönəmində insanlara beynəlxalq institutları sorğulatdırdı. Əgər əvvəllər qlobal siyasətdə BMT kimi mövcudluğu, əhəmiyyəti sorğulanan bir sistem var idisə, COVID-19-un gedişatında artıq Avropa Birliyi, NATO kimi regional təşkilatların və Dünya Sağlıq Təşkilatı kimi səhiyyə təşkilatlarının mövcudluğu da bu kateqoriyaya əlavə edilərək sorğulanmağa başlanıldı. Bu sorğulanmaların da baş verməsi göstərir ki, post-COVID-19 dövründə qlobal siyasətdə həm praktiki, həm də nəzəri baxımdan bir çox şey dəyişəcək.
Nəzəri olaraq, qlobal siyasətdə dövlətlərin təhlükəsizlik baxımdan statusu ciddi şəkildə dəyişəcəkdir. Əgər əvvəllər dövlətlər və qlobal və yaxud da regional təşkilatlar prinsipi mövcud idisə, əgər əvvəllər dövlətlər dövlət və kriminal şəxslər, qruplaşmalar, dövləti ələ keçirməyə çalışan müxalif qüvvələr və etirazçı hərəkatlar arasındakı mümkün ola biləcək konfliktlərdən vətəndaşlarını xarici təhdidlərdən qoruyan bir kimlik olaraq düşünülürdüsə, artıq qlobal siyasətdə həmin bu kimlik həmçinin də vətəndaşı istənilən daxili təhdidlərdən qoruyan bir kimlik kimi də başa düşüləcək. Çünki istər Avropa Birliyi nümunəsində İtaliyada və İspaniyada yaşanan pandemik krizislər, bu krizislərin timsalında Avropa Birliyinin daxilində individualizmin daha kəskin hala düşməsi və nəticə olaraq Almaniya, Hollandiya kimi ölkələrin pandemik krizis dövründə digər dövlətlərə sosial yardıma isti baxmaması artıq milli dövlət modelinin qlobal siyasətdə daha da sürətli böyüməsinə və bu modelin həm daxili, həm də xarici təhlükələrdən vətəndaşlarını qorumasına vadar etdi. Ümumilikdə isə qeyd edilə bilər ki, əgər post-COVID-19 dönəmində, qlobal siyasətdə nəzəri olaraq milli dövlət anlayışı bu faktorlardan nəticə çıxararaq güclənərsə, daha da limitlərini genişləndirərsə, beynəlxalq münasibətlər sistemi də avtomatik olaraq dövlətmərkəzli bir sistemə çevriləcəkdir. Bu da COVID-19 pandemiyası ilə dayaqlarının güclü olmadığını sübut edən həm neoliberalizmin, həm də liberal internasionalizmin post COVID-19 dövründə tarixə həkk olunmasını nümayiş etdirə bilər.
Nəzəri olaraq ikinci bir nüans demokratiya və insan haqları ilə əlaqəli ola bilər. Bilinildiyi kimi COVID-19 pandemiyası meydana çıxdıqdan bəri epidemioloji pandemiyanın qarşısı alınması üçün dövlətlər insan haqları və demokratik məsələlərdə ixtisar yoluna əl ataraq yeni qərarlar və qanunlarla insanları idarə etməyə başladılar. COVID-19 pandemiyasının, vaksinasiya prosesinin başlanmasından uzun bir müddət keçməsinə baxmayaraq bir çox dövlətlər hələ də həmin bu yeni qərarları və qanunları aktual saxlayaraq insanları idarə edirlər. Əgər bu hal davamlı olaraq belə bir şəkildə davam edərsə, post-COVID-19 dönəmində demokratiya, insan haqları kimi məsələlərin təməlinin zəifləməsinə, bundan bir çox dövlətlərin milli dövlət anlayışını daha da qüdrətlənməsi üçün sui-istifadə etməsinə səbəb ola bilər.
Üçüncü bir nəzəri faktor isə beynəlxalq münasibətlər sistemində uzun bir müddətdir formalaşmış qlobal məsələlərə dair qlobal əməkdaşlıq anlayışının daha da güclənə bilməsi ehtimalıdır. Məsələn, bilinildiyi kimi qloballaşmanın siyasi tərəfi meydana çıxdıqdan bəri dövlətlər təbii fəlakətlərin qarşını almaq, qlobal cinayətləri dayandırmaq və yoluxucu xəstəliklərin yayılmasının önünə keçmək üçün bir-biriləri ilə yaxın əməkdaşlıq edirdilər. Lakin bu cür kollektiv öhdəliklərin qarşısını almaq üçün dövlətlərin edə biləcəyi şey sadəcə qlobal əməkdaşlıq idi. Çünki qlobal istiləşmədən tutmuş, iqlim mühafizəsinə qədər kollektiv öhdəliklərin dünyanın güc balansında bir tərəfə xeyri və bir tərəfə ziyanı olduğu üçün bu cür problemlərin həlli üçün konkret olaraq həll problemi ortaya qoyula bilmirdi. Lakin COVID-19 pandemiyanın meydana çıxması əvvəlki kollektiv öhdəliklər kimi olmadı. Bu, kiçik dünya ölkələrindən tutmuş böyük dünya ölkələrinə qədər, yəni Rusiyaya da, Avropa Birliyinə də, Çinə də, Ərəb dünyasına da və hətta ABŞ-a da ciddi şəkildə fundamental olaraq təsir edərək sistemlərini sorğulatdırdı. Buna görə də post-COVID-19 dönəmində növbəti belə bir fors-major halın baş verməməsi üçün milli dövlətlərin əməkdaşlığın bu yönünə daha çox diqqət və əhəmiyyət verəcəyi olduqca gözləniləndir.
Məsələnin praktik tərəfinə baxdıqda isə bir çox şeylər, demək olar ki, nəzəri hissə ilə eyni mahiyyət ala biləcək. Bunlardan ilkini, təbii olaraq, qlobal siyasətdə regional və qlobal təşkilatların rolunun sorğulanması ilə mümkün ola biləcək dəyişikliklər olacaq. Çünki COVID-19 pandemiyası meydana gəldikdən bəri nə Avropa Birliyi, nə Ərəb Birliyi, nə Afrika Birliyi, nə İslam Əməkdaşlıq təşkilatı, nə BMT, nə də Dünya Səhiyyə təşkilatı bu krizisdən uğurla çıxa bildi. Məsələn, hal-hazırda elitist regional təşkilatlar hesab olunan Avropa Birliyi, NATO nümunəsi üzərində fokuslansaq, elə birbaşa olaraq deyə bilərik ki, ilk sorğulanmalar bu təşkilatlar üzərində praktiki olaraq başlanacaq. Nəzəri hissədə də qeyd edildiyi kimi Avropa Birliyinin, NATO-nun ideal, elitist regional təşkilatlar olduğu düşünülsə də, iqtisadi, hərbi məsələlərdə ideal olduğu hesab edilsə də, lakin bu pandemiya sayəsində bu cür qlobal böhranlara qarşı nə güclü dayaqlarının, nə də risk idarəetmə prinsipinin güclü olduğu sübuta yetirildi. Bunun da nəticəsində sosial-iqtisadi birlik olaraq hesab edilən Avropa Birliyi fərdiyyətçi birliyə çevrildi. COVID19-un Avropa Birliyinin bütün sosial, iqtisadi, siyasi ortaq dəyərlərindən əlavə olaraq adicə Şengen proseduruna fundamental zərər vurması nəinki Avropa Birliyinin nüfuzunu sarsıtdı, hətta post-COVID-19 dönəmində belə bəzi reallıqların mümkün olması üçün vacib olan dayaqları belə yaratdı. Bu reallıqlardan da, təbii olaraq, ilkini İtaliya və İspaniyaya qarşı həyata keçirilən aktlar nümunəsidir. Nəzəri hissədə də qeyd edildiyi kimi pandemiyanın gedişatında nə İtaliya, nə də İspaniya pandemik epidemiologiyanın ən pik halında lazım olan dəstəyi nə Avropa Birliyindən, nə də digər AB üzvlərindən görə bildilər. Bu da onlara milli dövlət modelinin və fərdiyyətçiliyin nə qədər önəmli olduğunu xatırlatdı. Buna görə də əgər Avropa Birliyi bu kimi halların yaşanmaması üçün fundamental dizaynlar etməsə, çox güman ki, İngiltərə ilə başlanan "exit" nümunəsi İtaliya, İspaniya, hətta buna tamaşa edən digər dövlətlər üçün də post-COVID-19 dönəmində keçərli olacaq.
Bütün bu regional və qlobal təşkilatlardan əlavə olaraq, təbii ki, post-COVID-19 zamanında qlobal əsas aktorlar arasında olan güc balanslaşması da ciddi şəkildə dəyişəcək. Çox güman ki, qlobal siyasət yenidən 45-ci ildən 90-cı ilə qədər davam edən təhlükəsizlik dilemması, soyuq müharibə və qütblülük proseduruna keçid edəcək. Lakin bu qütblərarası müharibədə təkcə SSRİ və ABŞ kimi iki ölkə yox, Avropa Birliyi və ABŞ kimi transatlantik, Rusiya, Çin, Hindistan kimi yüksələn əsas aktorlar və bir də meydana çıxan regional güclər olacaq. Çünki COVID-19 prosesində Rusiya və Çin arasında münasibətlərdə yaxınlaşmanın baş verməsi, Dağlıq Qarabağ, Liviya kimi konfliktlərin həlli prosesində regional güclərin aktiv rol alması və güclərini yüksəltməsi, Şuşa bəyannaməsi kimi sənədlərlə regional güclər arasında ittifaqların meydana gəlməsi və qlobal təhlükəsizlik, beynəlxalq sülh iddiaları ilə Əfqanıstanda, İraqda sülhməramlı töhfələrə doğru yönəlmələri post-COVID-19 dönəmində regional güclərin də öz sözünü deyəcəyini açıq-aydın göstərir. Belə ki, Avropa Birliyi arasında "Şimal axınına" görə mövcud olan fikir ayrılıqları, COVID-19 pandemiyalarının nəticələri əgər bu prosesi Qərb geosiyasətində gücləndirərsə, ayrılıqların təməl fikirlərini möhkəmləndirərsə, qlobal siyasət artıq liberal internasionalizmdən qütblərarası realist milli dövlət sisteminə keçid edə bilər. Belə olduğu halda da qloballaşma dövründə "daha az sərhəd" ifadəsindən tutmuş neoliberal dünyaya qədər hər şey sorğulanaraq COVID-19 pandemiyası ilə birlikdə tarixə həkk oluna bilər.
Sonda isə nəticə olaraq, demək olar ki, post-COVID-19 dönəmində təkcə qlobal siyasət baxımdan deyil, iqtisadi, sosial, kültürəl və sistematik baxımdan da dünya yeni sosial dəyərlərə sahib olan bir dünya olacaqdır. Bütün yaşanılan sosial, siyasi və iqtisadi faktorların hər biri dövlətlər sisteminə artıq aid olduğu regional təşkilat baxımdan deyil, sahib olduğu fərdi milli dövlət baxımdan aktlar həyata keçirməyə, qərarlar qəbul etməyə və öz fundamental sistemini qlobal siyasətdə yenidən qurmağa yardım edəcəkdir. Liberalizm, liberal internasionalizm və neoliberalizm kimi 90-cı illərdən bu yana əsas mövzu olan dəyərlərin gələcəyinin dəqiq olaraq necə olması, yeni sistemə uyğun reform edilib-ediləməyəcəyi suallar içərisində olsa da, lakin dünya insanlarının yenidən belə bir halla üzləşməməsi üçün qloballaşmanın sərhədlərinin və limitlərinin azaldılacağı açıq-aydın görülür. Güc məsələsində isə qeyd edildiyi kimi artıq qlobal lider anlayışından daha çox milli dövlətlər anlayışı hakim mövqe olacağı görülür. Artıq NATO, Avropa Birliyi və Amerikanın təhlükəsizlik müttəfiqi anlayışı artıq öz əhəmiyyətini itirir. Gürcüstan, Ukranya nümunəsi, COVID-19 pandemiyasında adicə hərbi deyil, sosial-tibbi məsələlərdə Avropa Birliyi daxili üzvlərin bir-birinə qarşı olan rəftarları, ABŞ və Avropa münasibətində Şimal axınına görə mövcud olan münasibətlər, ümumilikdə hamısı artıq milli dövlətlərə beynəlxalq münasibətlərdə fərdiyyətçiliyin və realizmin nə qədər önəmli olduğunu bir daha sübut etmiş olur. Buna görə də artıq post-COVID-19 dönəmində, qlobal siyasətdə nə Çin, nə də ABŞ qlobal liderliyi yox, milli dövlətə əsaslanan beynəlxalq münasibətlər sistemi daha potensiallı görülür. Belə olduğu halda da nəinki təkcə qlobal siyasət, həmçinin milli maraqlar konteksindən tutmuş iqtisadi münasibətlərə, yumşaq güc anlayışından tutmuş sosial münasibətlərə dair hər şey yenidən şəkillənəcək. Çünki balanslar dəyişir, güclər öz mütəffiqlərini dəyişir, burada da yaxşı müttəfiq, keyfiyyətli güc əldə etmək üçünsə, siyasi, yumşaq güc, sosial və iqtisadi faktorlar çox əhəmiyyətli olacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 629   Tarix: 28 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Digər yazılar

Bankalanmaq faydalıdır, ziyanlı? - Həkim izah edir

Azərbaycanda ən geniş yayılmış türkəçarə üsullardan biri bankalanmaqdır. Ta qədimdən soyuqdəymə, əzələ, bel ağrıları zamanı müalicə vasitəsi kimi bankadan istifadə olunur. E- bildirir ki, bu üsula daha çox yaşlı və orta nəsli

Qaraciyərimizi yağlanmadan necə qoruyaq? - TƏBİİ MÜALİCƏ ÜSULLARI

Qaraciyər yağlanmaya ən uyğun orqandır. Qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var. bildirir ki, bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma hesab olunur. Ancaq az miqdarda yağlılı

Damarda trombun olmasına işarə edən 8 əlamət

Damarın divarının tamlığı pozulduqda qan laxtası (tromb) əmələ gəlir. Tromb damarın divarını sanki yapışdırır ki, qanaxma yaranmasın. Bu orqanizmin qoruyucu mexanizmlərdən biridir. Daha sonra belə tromblar adətən sovrulu

Azərbaycanda kimlərə dərmanlar pulsuz verilə bilər - Tibbi Sığortadan AÇIQLAMA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İTSDA tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalic

Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi

Bir çox insan nəqliyyat vasitələri ilə uzun yol gedərkən ürəkbulanma, başgicəllənmə ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu əlamətlərə əsasən azyaşlılarda rast gəlinir. Mərkəzi Gömrük Hospitalının terapevti İsmayıl Əfəndiye

Uşaqda xərçəng xəstəliyindən necə şübhələnmək olar? Simptomlar

Xoşbəxtlikdən uşaqlarda bədxassəli şişlər həddən artıq az hallarda təsadüf edilir. Buna baxmayaraq valideynlərin, hər ehtimala qarşı, bu xəstəliklərin əsas əlamətlərini bilmələri vacib hesab edilir. Məlumdur ki, xərçəng xəstəliyın

Televizor və telefona çox baxmaq tromb əmələ gətirir – Kardioloqlar

Günün yarıdan çoxunu televizor, kompüter və telefon arxasında oturanlardas tromb yaranma riski yüksəlir. -a istinadən bildirir ki, bu barədə Avropa kardioloqlar cəmiyyətinin yeni press relizində yazılıb. Gündə 4-5 saat v

Nə üçün yeməkdən sonra çimmək olmaz?

Yeməkdən dərhal sonra duş və ya vanna qəbul etmək olmaz. Bu həzm proseslərin pozulmasına səbəb olur. Qastroenteroloqlar sübut edir ki, uzun müddət ərzində yemək yedikdən dərhal sonra çimməyə qedən insanda mədə-bağırsaq sistem

Stressin səbəb olduğu dəhşətli xəstəliklər - SİYAHI

Artıq elm və tibb sübut edib ki, xroniki stres və xəstəliklər bir biri ilə sıx bağlıdır. İnsanın həyatında nə qədər çox stress vəziyyətləri olursa, onda sistem xəstəlikləri inkişaf edir, mövcud xəstəliklər isə xronikləşir

turlar.az

sonxeber.az gozel gorunmek qaşların formalari hamiləlik uzun saclarin yigilmasi tük çıxartma qirmizi mercinin hazirlanmasi muslim somen beautiful kosmetika футбол vusale elizade