COVID-19 xəstələri necə qidalanmalıdır? - İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki...

COVID-19 xəstələri necə qidalanmalıdır? - İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki...Qidalar mütləq təzə olmalıdır. Yaxşı olar ki, ev yeməyi olsun. Əgər güvəndiyiniz restorandan yemək sifariş edirsizsə, çatdırılma xidmətinin də keyfiyyətinə fikir verin. Qida 60 dərəcədən yuxarı və 5 dərəcədən aşağı temperaturda təhlükəsiz sayılır.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, kovid xəstələri duzlu yeməkləri rasiondan çıxartmalıdır:
"Yeməkdə duz azaldılmalıdır. Gündəlik 5 gramdan az duz istifadə olunmalıdır. Bu xəstəlikdə ən pis qidalar duzlu qidalardır, məlumatınız olsun.
COVID-19 xəstələri necə qidalanmalıdır? - İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki...Şiriniyyat olmaz. Gündəlik enerjinin cəmi 5%-i şiriniyyatdan gəlməlidi. Əgər ürəyiniz şirin nəsə istəyirsə, təzə meyvə yeyin. Meyvələrdən banan daha çox məsləhətdir, amma xəstədə böyrək çatışmazlığı varsa, banan olmaz.
Çalışın qızartma yeməklər yeməyəsiz, sulu yeməklərə üstünlük verin. Qırmızı ət, yağlı ət məsləhət deyil. Yaxşı olar ki, dərisiz toyuq əti supu, buxarda bişmiş balıq əti olsun. Toyuq supunun qrip əleyhinə, iltihab əleyhinə təsiri var, antineytrofil təsiri soyuq xəstəliklərinin simptomlarını azaldır. Kovidə qarşı təsiri, antineytofil olduğuna görə ikincili bakterial infeksiya riskini artırıb artırmaması isə hələ öyrənilir.
Tərəvəzi artırın. Amma sizə köp verən qidaları yeməyin, tənəffüsünüz daha da çətinləşməsin.
Çuğundur, nar suyu içməyi tövsiyyə edirəm.
Evdə fiziki aktiv olun. Otaqda olsanız belə içəridə çoxlu gəzişməyə çalışın.
Koffeinli, spirtli içkilər, olmaz. İçkilərin ən gözəli adi sudur, içərisinə limon sıxın ki, bol miqdarda içə biləsiz.
Doşab, zoğal, moruq mürəbbəsi, kəklikotu çayını unutmayın. Yuxarıda yazdıqlarım yüngül və orta ağırlıqlı xəstələr üçündür".
Həkim daha sonra xəstəxanada yatan xəstələr üçün aşağıdakıları nəzərə almağı məsləhət görür:
"Xəstəxanada yatanlarda karbon qazı istehsalını çoxaldan karbohidratı azaldıb əksinə yağ qəbulunu artırmalıdırlar. Karbohidratların parçalanma məhsulu su və CO2-dir. Ağır xəstələrdə karbon qazının da ağciyərdən atılması çətinləşir. Oksigenizasiyanı artırmaq üçün süni tənəffüs parametrləri karbon qazının qanda artmasına səbəb olduğunu xatırladıram. Bu fakt zondla enteral qidalanan və parenteral qidalanan xəstələrdə də nəzərə alınmalıdı.
Əgər ağır xəstələrdə qanda albumin miqdarı aşağı düşürsə, bədəndə çoxsaylı nahiyələrdə ödem əmələ gəlir, o cümlədən ağciyərdə ödem artır. Xəstələrə çoxlu miqdarda bahalı albumin pereparatı köçürülsə də, qanda albumin miqdarı artmır. Bu, ona görə baş verir ki, ağır xəstələrdə metabolizmin istiqaməti katabolizmə doğrudur. Xəstələr çox arıqlayır, amma ətraflarda ödem artır. Zülal sintezini bu tip ağır xəstələrdə artırmasanız, verdiyiniz zülallı qidalar bir işə yaramaz. Protein tozlarından, anabolik steroidlərdən istifadə etmək olar".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1917   Tarix: 11 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

maskalar reseptler sac duzumleri zara ayaqqabilari 2026 dekorasiya gozlerin bezenmesi xinayaxdi hakista kosmetika balıq prostat yuxuda qara ilan gormek burclər 8 mart