COVID-19 xəstəliyini keçirənlər soyuq havada özlərini daha çox qorunmalıdırlar

COVID-19 xəstəliyini keçirənlər soyuq havada özlərini daha çox qorunmalıdırlarSoyuq və şaxtalı hava bədənin tənəffüs sisteminin yoluxucu xəstəliklərə qarşı mübarizəsini çətinləşdirir. Ona görə soyuq havalarda yeni növ koronavirus (COVID-19) infeksiyası keçirənlər daha çox isti məkanlarda, evdə qalmalıdırlar.
Milli.Az bildirir ki, həkim-terapevti Nərgiz Kərimovanın AZƏRTAC-a dediyinə görə, COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir. Xəstəlikdən sağalandan sonra əksər orqanizmdə virusa yoluxmanın qarşısını alan anticisimlər əmələ gəlir. Lakin həmin immunitetin nə qədər davam edə biləcəyi ilə əlaqədar dəqiq məlumatlar yoxdur.
Müsahibimiz daha sonra deyib: "Orqanizmin bərpası, tez reabilitasiyası və yenidən bu və ya digər viruslara yoluxmamaq üçün qarlı havada evdə qalmaq və həkimlərin tövsiyələrini yerinə yetirmək məsləhətdir. Yüksək reinfeksiya riskinə malik olanlar, yaşlı və immun sistemi zəif olanlar profilaktik tədbirlərə ciddi riayət etməlidirlər. COVID-19 xəstəliyindən sağalanlar qidalanma rejimini bərpa etməyə çalışmalı, itirilmiş iştahanı kompensasiya etmək üçün üzvi məhsullar, tərəvəzlər, yumurta və təhlükəsiz quş əti, asan həzm olan yeməklərə üstünlük verməlidirlər".
Virus yaddaş hüceyrələrinə zərər verdiyinə görə itmiş diqqəti, idrak düşüncə qabiliyyətlərini və yaddaşı bərpa etmək üçün günün bir hissəsini yaddaş oyunları və oxumağa ayırmaq, zehni canlandırmaq üçün yollar axtarmaq lazımdır: "Keçirilmiş xəstəlikdən sonra orqanizm vəziyyəti qəbul etmədiyinə görə həyəcanverici siqnallara - başağrısı və ya yorğunluq hallarına diqqət yetirmək, problemlər artarsa, ailə həkimi ilə mütəmadi əlaqə saxlamaq lazımdır. Bundan başqa vaxtaşırı olaraq idman hərəkətləri etmək məsləhət görülür. Bədən zəif olanda məşqlər çətinlik yarada bilər, lakin gündəlik idman tədricən həm fiziki, həm də mənəvi cəhətdən sağalmağa kömək edəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1691   Tarix: 26 fevral 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

kosmetoloq sade makiyaj sekilleri kosmetika mehsullari abşeron tortu infeksiya analiq məktəbi ayaq şişməsi kosmetika sekisler uzeyir hacibeyli xeyanet pizza yumurta