COVID-dən sağalaların 20 faizi postkovid olur - Həkimdən XƏBƏRDARLIQ
Həkimlər koronavirusdan qurtulan xəstələrin təxminən 20 faizinin postkovid sindromu yaşadığına inanırlar. Onun əlamətləri arasında ürək, ağ ciyər və digər orqanlara fəsadları rast gəlinir.
Publika.az xəbər verir ki, bu barədə immunoloq Nikolay Kryuçkov "Sputnik" radiosuna verdiyi müsahibədə deyib.
"ABŞ-dan alınan məlumatlara görə, sağaldıqdan sonra gənclər də daxil olmaqla xəstələrin təxminən 20 faizində postkovid sindrom əlamətləri özünü göstərir və ya davam edir. Bu, fərqli formalarda olur, ümumiyyətlə, ciddi təzahürlər deyil, lakin yenə də insanların əhəmiyyətli bir hissəsində rast gəlinir. Xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanların müəyyən pozğunluqlara məruz qalması ehtimalı daha çoxdur", - immunoloq qeyd edib.
Həkim postkovid sindromunun təzahürlərinin zəif konsentrasiya, yaddaş, yuxusuzluq, depressiya, ürək və ağ ciyər, həzm sistemi və baş ağrısı problemləri olduğunu bildirib. Ümumi əzələ və baş ağrıları da ola bilər.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz