Coviddən sonra ağciyərlər neçə müddətə bərpa olur?
Kovid keçirmiş insanların ağciyərləri, tənəffüs sistemini qlobal zədələyir.
Sağalanların əksəriyyətində aylarla regenerasiya prosesi gedir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiyanın əməkdar pulmonoloqu Aleksandr Karabinenko sağalanların ağciyərlərinin problemi qısa müddətə bitmədiyini bildirib.
"Koronavirusdan sonra ağciyərlərdə fibroz izlər görünür. Bu, ağır pnevmoniyadan sonra baş verir. Ağciyərlərində struktur dəyişikliyi olan insanlarda uzun müddət bərpa dövrü olacaq. Proses hətta 1 il çəkə bilər. Necə ki, 2009-cu ildə donuz qripi zamanı xəstələrdə fibroz qalıqlar 3-4 ilə belə sağalmamışdı.
Hətta o qriplə sağalan xəstələrim var ki, bu vaxta qədər ağciyərləri tam bərpa olmayıb.
Pnevmoniya keçirmiş kovid xəstələri tənəffüs gimnastikası, gəzinti,idman, möhkəmləndirici prosedurlar edə bilər. Amma hamıya eyni dərəcədə təsir etmir. Buna zaman və orqanizmin fərdiyili təsir edir. Sadəcə, bilmək lazımdır ki, ağciyərlərində 50-60% pnevmoniya olmuş insanlar koviddən sağalandan sonra azı 1 il pulmonoloq nəzarətində olmalıdır".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi