Çox tərləyənlər oxusun - Sadə məsləhətlər

Çox tərləyənlər oxusun - Sadə məsləhətlərTərləmə orqanizmin təbii fizoloji mexanizmidir. Tərləmənin köməyi ilə orqanizm öz normal hərarətini tənzimləyir.

Metbuat.az bildirir ki, bəzi insanlar həddindən artıq tərləyir və bu da onlarda psixoloji komplekslərin yaranmasına, özünə güvənmənin azalmasına səbəb olur.

Mütəxəssislər tərləməni azaltmaq üçün bu kimi sadə tövsiyələr verir.

1. Nəzərə almaq lazımdır ki, tərin heç bir iyi yoxdur. Dəriyə düşdükdə tər dəri piyi, burada yaşan mikroblar, toz və s. ilə qarışır və nəticədə spesifik iy əmələ gəlir. Beləliklə, adi gigiyena sizi tərin pis qoxusundan xilas edəcək. Hər səhər duş qəbul edin və sonra təmiz quru dəriyə antiperspirant çəkin. Bu sadə tövsiyə tərləməni xeyli azaldır.

Axşam yatmazdan əvvəl dəridən antiperspirantın qalıqlarını yumaq lazımdır.

2. Yağlı, istiotlu, çox isti, qızardılmış qidalar tərləməni artırır.

Soğan, sarımsaq, spirtli və qazlı içkilər (xüsusilə "pepsi" və "kola") həm tərləməni artırır, həm də tərin qoxusunu pis edir.

Bu səbəbdən gün ərzində belə qidalardan və içkilərdən imtina edin, yüngül qidalara, meyvə-tərəvəzlərə üstünlük verin.

3. İti çay və qəhvə tərləməni artırır. Əgər siz çox tərləyirsinizsə, bu içkilərdən imtina edin, adi təmiz su için.

4. Açıq rəngdə təbii parçalardan tikilmiş paltarlar geyinin. Sintetik parçalar tərləməni artırır.

5. Bəzi təbii vasitələr tərləmənin azalmasına kömək edir.

Sodanı su ilə qarışdırın və qoltuğaltı nahiyələrə çəkin. Soda quruyanda su ilə yaxşı yuyun və antiperspirantdan istifadə edin.

Palıd qabığı dəmləməsi də yaxşı kömək edir. 1 x.q. palıd qabığını 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, dəmləmədə pambıq parçanı isladın və sonra problemli nahiyələrə qoyub saxlayın.

Zəy çox yaxşı təbii antiperspirantdır. Hal hazırda zəy əsasında antiperspirantlar buraxılır. Belə vasitə tapmasanız, zəyi suda həll edin və pambıq parça isladıb problemli nahiyələrə qoyun.

Alma sirkəsi də yaxşı kömək edin.

Bəzi insanlara uşaq sabunu kömək edir.

6. Tərləmənin qarşısını kökündən almaq üçün botoks inyeksiyalarından istifadə olunur. İnyeksiya qoltuğaltı və s. çox tərləyən nahiyələrə vurulur və tərləməni 3-4 ay müddətinə yox edir.

Sağlamlıq     Baxılıb: 3715   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

geyim dəbləri adlarin menasi toy makiyajlari hamilələrin qidalanması gözəl xanım ancelina colinin sekilleri ilhamə qasımova kosmetika qiz burcu klitor pizza yemekler meseller