DABANLARI YUMŞAQ VƏ HAMAR EDƏN SADƏ VASITƏ
Nahamar, quru dabanlar bir çox insanları narahat edir.
Dabanları hamar və yumşaq etmək üçün bu sadə üsuldan istifadə edin.
Ayaqlarınızı soda əlavə olunmuş isti vannada 20 dəqiqə ərzində saxlayın. 1 l su üçün 1 xörək qaşığı soda götürülür.
Daha sonra ayaqlarınızı daban daşı və ya xüsusi şotka ilə təmizləyin, sonra soyuq su ilə yaxalayın. Nəzərinizə alın, ki bir dəfəyə bütün codlaşmış dərini təmizləmək olmaz, bunu tədricən bir neçə gün ərzində etmək lazımdır. Əks halda təzə əmələ gəlmiş dəri daha da cod olacaq. (Dabanlarda dərin ağrılı çatlar varsa, daban daşı istifadə olunmur - bu vəziyyəti daha da korlayacaq. Əvvəl çatları müalicə etmək lazımdır.)
2 xörək qaşığı qliserin (apteklərdə satılır) 2 xörək qaşığı 9%-li üzüm və ya alma sirkəsi ilə qarışdırın. Qarışığa pambıq disk batırın və dabanlara və pəncələrin dərisinə çəkin. Sonra pəncələri plyonka ilə bükün və pambıq corab geyinin. Bu maskanı axşam yatmazdan əvvəl edin və səhərə kimi saxlayın. Səhər ayaqları ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. 4-5 belə prosedurdan sonra dərinizin vəziyyəti xeyli yaxşılaşacaq. Prosedurları hər gün etmək olar.
Dərinin vəziyyəti yaxşılaşdıqdan sonra bu maskanı həftədə 1 dəfə etmək olar.//saglamolun.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?