Daha bir ölkədə meymunçiçəyi aşkar edildi
Cənubi Koreya Respublikasında meymunçiçəyi xəstəliyinə ilk yoluxma halları qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyə istinadən məlumat yayıb. Bildilib ki, yoluxma iki nəfərdə qeydə alınıb. Bir xəstə beynəlxalq hava limanından ölkəyə daxil olub. Hazırda yoluxmuş şəxs İçeon tibb mərkəzində təcrid olunub. İkinci xəstə haqqında heç nə məlum deyil.
Qeyd edək ki, professor Adil Qeybulla xəstəliyin Azərbaycanda da yayılacağını istisma etmir. O, bildirib ki, yoluxucu xəstəliklərin qarşısını almaq üçün 100 faizlik üsul yoxdur. Amma profilaktika üçün transsərhəd keçid zonalarında nəzarət, eyni zamanda əhali arasında təbliğat gücləndirilməli, insanlar məlumatlı olmalıdır. Hər hansı narahatlıq yarananda dərhal həkimə müraciət edilməli, əgər yoluxma qeydə alınarsa, müəyyən xəstəxanalar və şöbələr buna hazır olmalıdır.
Mütəxəssislər hələ də yalnız Afrika qitəsində yayılan bu infeksiyanın niyə bütün dünyaya yayıldığını aydınlaşdıra bilmirlər. Ekspertlər vurğulayıb ki, bu prosesi "qeyri-ənənəvi cinsi əlaqələrə" aid etmək olmaz.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları