Daxili qanaxmanın simptomları və təhlükələri. Bunu hamı bilməlidir

Daxili qanaxmanın simptomları və təhlükələri. Bunu hamı bilməlidirXarici qanaxma ilə müqayisədə daxili qanaxmanın diaqnozunu qoymaq daha çətindir.
Bu isə çox təhlükəlidir. Saglamolun.az xəbər verir ki, qanaxma nəticəsində damarlarda dövr edən qanın həcmi azalır, həyati vacib orqanların funksiyaları pozulur və ağır patoloji hallar yaranır.
Daxili qanaxma vaxtında təyin olunmadıqda, tibbi yardım gecikə bilər ki, bu da xəstənin həlak olması ilə nəticələnə bilər. Bu səbəbdən hər bin insan daxili qanaxmanın əsas simptomlarını bilməli və bu simptomlar meydana çıxdaıqda dərhal həkimə müraciət etməlidir. Bir çox hallarda daxili qanaxma zamanı yalnız təcili cərrahi əməliyyat xəstənin həyatını xilas edə bilər.
Daxili qanaxma zamanı qan orqanizmin daxili boşluqlarına (döş nahiyəsi, qarın boşluğu) axır. Belə qanaxmanın əsas səbəbləri arasında:
- ağ ciyərin toxumasının və qabırğaarası damarların yartılması ilə müşayiət olunan qabırğaların sınıqları,
- daxili orqanarın bədxassəli şişlərı,
- avtomobil qəzası, hündürlükdən yıxılma, zərbə və s. nəticəsində daxili orqanların (qara ciyər, dalaq, bağırsaqlar, böyrəklər) qapalı travmaları,
- qida borusu, mədə və 12 barmaq bağırsağı, qara ciyər, qadın cinsiyyət sistemi xəstəliklərinin fəsadları.
Hər bir ciddi zədə zamanı (avtomobil qəzası, hündürlükdən yıxılma, zərbə, travma və s.) mütləq daxili qanaxma ehtimalını nəzərə almaq lazımıdr.
Qanaxmanın mənbəyindən asılı olmayaraq daxili qanaxmanın bəzi ümumi simptomları var: dərinin və selikli qişaların solğun olması, soyuq tər, ümumi zəiflik, başgicəllənməsi, gözlərin qaralması, bayılma, arterial təzyiqin düşməsi, nəbzin tezləşməsi. Ağır qanaxmalar zamanı "yuxarı" təzyiq 80 mm c.st. aşağı düşür, nəbzin göstəricisi isə 120-140 kimi qalxır.
Daxili qanaxma anemiyanın inkişafına səbəb olur.
Bir çox hallarda daxili qanaxmanın səbəbi mədə-bağırsaq sistemi xəstəlikləri (mədə və 12 barmaq bağırsağı xoraları, mədə və bağırsaq xərçəngi, qida borusu damarlarının  varikoz genişlənməsi, qara ciyər sirrozu və s.) olur. Bağırsaq qanaxmaları zamanı nəcis qara olur. Mədə qanaxmaları zamanı qusma kütləsi qəhvəyi rəngdə olur. Böyrək qanaxmaları zamanı sidikdə qan aşkar olunur.
Qadın cinsiyyət sistemi xəstəlikləri də daxili qanaxmaya səbəb ola bilər. Bir çox hallarda bunun səbəbi uşaqlıqdan kənar hamiləlik olur. Uşaqlıq borusunda "ilişmiş" embrion burada inkişaf edir və borunu dartır. Müəyyən müddətdən sonra boru yırtılır və qadında daxili qanaxma inkişaf edir. Qadın çanaqda təzyiq hiss edir, daha sonra bu kimi simptomlar inkişaf edir: dərinin solğun olması, bayılma, təzyiqin qalxması, nəbzin tezləşməsi, soyuq tər.
Ağ ciyər qanaxmaları zamanı xəstədə al-qırmıza qanla qusma, döş qəfəsində kəskin ağrılar, nəfəsalmanın çətinləşməsi, halsızlıq, bayılma, nəbzin tezləşməsi, tərləmənin artması, dərinin solğun olması kimi simptomlar meydana çıxır.
Ağ ciyər qanaxmaların səbəbləri: hündürlükdən yıxılma, travmalar, bıcaq yaraları, ağ ciyər xərçəngi və s.
Beləliklə, daxili qanaxma çox ağır pozulmadır. Bu səbəbdən daxili qanaxmaya ilk şübhə yarandıqda dərhal "təcili yardım"çağırmaq lazımdır. Həkimlər gələnə kimi xəstəyə yemək, su, istənilən dərman və s. vermək olmaz. Xəstə yarıoturaq vəziyyətdə olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1062   Tarix: 06 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava