Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri

Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləriÇillər yaz aylarında, günəş şüalarının təsiri altında üzdə, sinədə, kürəkdə və yuxarı ətraflarda dəri üzərində əmələ gəlir. Bütün yay ayları ərzində dəridə qalan bu çillər payız və qış aylarında tədricən solurlar (bəzən isə tamamilə yox olurlar).
Çillər, adətən, saçları kürən (sarı-qırmızı) və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.
Çillər bir cox qadınlara xüsusi gözəllik verir. Buna baxmayaraq siz bu çillərdən qurtulmaq istəyirsinizsə, bizim məsləhətlərlə tanış olun.
Təəssüf ki, çillərdən tamamilə qurtulmaq mümkün deyil. Xüsusi krem və maskalardan istifadə etməklə (bu barədə aşağıda oxuya bilərsiniz) onları yalnız bir qədər şəffaflaşdırmaq (ağartmaq) və daha az nəzərəçarpan etmək olar.
Piqment ləkələri əksər hallarda böyük ölçülərdə olaraq heç kimə cazibə vermir. Piqment ləkələrinin əmələ gəlməsinin əsas səbəblərindən biri günəş şüalarıdır. Xüsusilə açıq rəngdə olan dəri günəş şüalarına qarşı daha həssas olur. Dəridə melanin ifraz edən melanosit hüceyrələri mövcuddur. Məhz bu hüceyrələr dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalır, melanosit hüceyrələri daha çox melanin ifraz edir və nəticədə dəri daha çox qaralır. Bəzən dəridəki melanosit hüceyrələr melanin maddəsini qeyri-bərabər və lazım olduğundan daha çox ifraz edirlər. Bunun nəticəsində isə dərinin qaralması bərabər şəkildə olmaq əvəzinə, onun üzərində bir sıra tünd ləkələr əmələ gəlir. Xoşagəlməz nəticələrdən uzaq olmaq üçün günəş şüaları altında düzgün qaralmaq qaydalarını bilmək lazımdır.
Üz, boyun, qol, çiyin nahiyələrinin dərisi daha çox hallarda "yanmalara" məruz qalır. Buna görə də bu sahələrin dərisinə yayda günəşdən qoruyucu kremlər sürtmək lazımdır. Yadda saxlayın ki, sağlam şəkildə qaralmaq üçün yalnız kölgəlikdə, tentin (günəşdən qoruyucu çətir) altında günəş vannaları almaq lazımdır. Günorta saatlarında açıq günəş şüaları altında qaralmağa cəhd edən kimi, dərinin "yanması" baş verir ki, bu da hətta bir çox illərdən sonra da dəridə piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.
Piqment ləkələrin əmələ gəlməsinin əsas səbəbi günəş şüalarının təsirinə artıq dərəcədə məruz qalmaqdır. Lakin onların digər səbəbləri də vardır: hormonal dəyişikliklər, streslər, orqanizmdə yaşa uyğun olan dəyişikliklər, dərinin düzgün təmizlənməməsi, vitamin B12 çatışmazlığı, kosmetik pilinqlərdən çox istifadə edilməsi, dəriyə qulluq edilməsində zərərli vasitələrdən istifadə edilməsi, uzun müddət kontraseptiv həblərdən, antibiotiklərdən və vitamin A-dan istifadə edilməsi, genetik meyllilik (bəzi adamlarda dərinin istənilən travmatik zədələnməsi, donması, yanması və ya sadə sızanağın olması da piqment ləkələrin əmələ gəlməsinə səbəb olur) və s. Əksər hallarda piqment ləkələri hamiləlik vaxtı da əmələ gəlir. Bu ləkələrlə (xloazmalar) mübarizə aparmaq lazım deyil. Onları sadəcə olaraq günəş şüalarının təsirindən qorumaq lazımdır. Doğuşdan sonra bədənin hormonal fonu sabitləşdiyi üçün bu ləkələr də ən çoxu 1 il ərzində keçib gedir.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2399   Tarix: 17 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

donlar 2026 gelinlikler hamilelikde qidalanma ari mehsullari avto qadın baş gicəllənməsi portagalin faydasi kosmetika atalar sozleri ziyafet geyimleri toy gecesı qız bürcü hakisda