"Dərin quyunun dibində olsaq belə, ümidimizi üzməməliyik" - Hacı Şahin intiharlardan danışdı

Son günlər ölkədə intiharların sayının artdığı müşahidə olunur. Nəzər yetirsək, görərik ki, intihar edənlərin əksəriyyəti cavanlardır.
Buna misal olaraq, noyabrın 21-22-sində Naftalanda 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib, Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Əli Əbilov həyatına son qoyub, Qaradağ rayonu, Sahil qəsəbə sakini 14 yaşlı A.Məmmədova özünü yaşadığı binanın doqquzuncu mərtəbəsindən atıb, Ağdaş rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə özünü asıb.
Bunlar sadəcə son iki gündə baş verən intiharlardır. Deməli, ölkədə hər gün 3-4 cavan intihar edir.
Bəs insanı hansı hallar özünə qəsd həddinə gətirə bilər? Cəmiyyət bu bəladan necə xilas olmalıdır?
Milli.Az medicina.az-a istinadən bildirir ki, Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənlinin fikrincə, həyatı onun çətinlik və problemləri ilə sevmək, onlarla mübarizə aparıb daha da təkmilləşmək, inkişaf etmək insanın əsas məqsədlərindən biri olmalıdır:
"İntihar dünyada olan qlobal bir problemdir. İntihar çox vaxt sosial məsələlərlə bağlı olmur, yəni maddi rifah səviyyəsi çox yüksək olan ölkələrdə də intiharların sayı çoxdur.
Düşünürəm ki, intiharı daha çox psixoloji və mənəvi səbəblərlə əlaqələndirməyimiz düz olar. Gənclərin intihar etməsi isə onlarda həyat haqqında düzgün təsəvvürün olmaması və mənəvi boşluqdan qaynaqlana bilər. Bu, eyni zamanda tərbiyə ilə də bağlıdır. Valideynlər həyat haqqında övladlarını düzgün formalaşdırmağa borcludurlar. Bəzən insanların xəyalları ilə reallıqlar uzlaşmayanda sarsıntı keçirirlər və intihar kimi hallara əl atırlar.
İnsanın varlıq fəlsəfəsi tərbiyə prosesində aşılanmalıdır. Düzdür, çətinliklərlə dolu bir dünyada yaşayırıq. Lakin hər bir insanın yaşayışının bir məqsədi, hədəfi olmalıdır. Dünyanı ideallaşdırmaq, dünya həyatından gözləntilərin həddən artıq çox olması ən ciddi yanlışlıqlardan biridir. Həyatı onun çətinlik və problemləri ilə sevmək, onlarla mübarizə aparıb daha da təkmilləşmək, inkişaf etmək insanın əsas məqsədlərindən biri olmalıdır".
Hacı Şahin vurğulayıb ki, inanc və imanın bu məsələdə ciddi rolu var:
"İnsan ən çıxılmaz situasiyalarda belə ümidini itirməməlidir. Din bizə başa salır ki, qüdrətli və rəhimli Allah var. Hər bir şəraitdə biz ona arxalanmalıyıq. İstənilən vəziyyətdən çıxış yolu var. Bizim uğursuzluqlarımız bəzən böyük uğurlarımızın müqəddiməsi olur. İnsan bu çətinliklər mərhələsindən keçmədən inkişaf edə bilməz. Hər bir insanın daxilində gizli istedad və potensial var. Dünyada ona görə mövcuduq ki, inkişaf edək, mənəvi baxımdan kamilləşək və bu kamillik yolu çətinliklərdən, sınaqlardan keçir.
Sınaq təkcə yoxsulluq deyil, eyni zamanda zənginlik də sınaqdır. Bir sözlə, sınaq meydanındayıq və bu həyatı müsbət yaşamaq kifayət qədər əsaslarımız var. Ən əsası bizi sevən, qayğı göstərən Allahımız var və Allaha arxalanaraq, sığınaraq həyatın çətinliklərinə sinə gərə bilərik. Təəssüflər olsun ki, əyləncənin daha çox olduğu bir mühitdə düşüncə işığının söndüyü zaman bu kimi hallar daha çox geniş yayılmağa başlayıb.
Bəli, Azərbaycan dünyaya inteqrasiya edir, amma bunun mənfi təsirləri də olur. Bəzən yanlış bir mədəniyyətin təsirinə məruz qalırıq. Bu kimi məsələlərdə cəmiyyətin mənəvi immunitetini təmin etmək üçün dəyərlərimizə bağlanmalıyıq. Bu dəyərlər mücərrəd anlayışlar deyil, həyatda öz praktiki təsdiqini tapa biləcək anlayışlardır. Əgər biz dəyərlərimizlə yaşasaq, həyatdan zövq ala, inkişaf edə bilərik və heç bir vəziyyətdə bədbinliyə qapılmarıq. Quranda bir çox hekayələr var. Məsələn, Hz Yusif haqqında Quranda danışılır ki, quyunun dibində olarkən belə sarsılmadı, Allahdan ümidini itirmədi və Allah onu quyunun dibindən çıxarıb Misirin şahı dərəcəsinə ucaltdı. Burada insanlara mesajlar var ki, ən çıxılmaz vəziyyətlərdə çıxış yolu axtarmaq, ruh düşkünlüyünə düçar olmamamq və ümidini itirməmək lazımdır".
İlahiyyatçı bildirib ki, insanlarda bu fikri aşılamaq uçun ciddi tədbirlər görmək lazımdı:
"İntellektual səviyyəsi yüksək olan insanlar, ziyalılar, din xadimləri bu proseslərdə iştirak etməlidir. Xatırlayıram ki, cəzaçəkməmə, təhsil müəssisələrində Dini Qurumlar üzrə Dövlət Komitəsilə birgə din xadimləri bu mövzularla bağlı tədbirlər keçirirlər. Həmçinin televiziyalarımızda ailələrə ailə dəyərlərini aşılaya bilən verilişlərin olması, düzgün tərbiyə ilə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Kompleks tədbirlər görülməli, yəni dövlət qurumları, bu istiqamətdə addımlar atmalı, cəmiyyət də bu kimi məsələlərdə səfərbər olmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1048   Tarix: 25 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

aksessuarlar gozel gorunmek maskalar sağlam ol şirniyyat və tortlar qısa saçların yığılması maraqli sitatlar kosmetika bayatilar qadin saglamlig novruz hakısdası prostat ginekoloq