Yuyunarkən gözəlləşməyin 7 yolu

Yuyunarkən gözəlləşməyin 7 yoluYuyunarkən etdiyiniz səhvlərin fərqinə varın! Duşdaykən fərqində olmadan dərinizə verdiyiniz zərərin qarşısını alın.

Demək olar ki, hər gün duş alırıq və ən yaxşı şəkildə təmizlənməyə, dərimizi yeniləməyə çalışırıq. Mütəxəssislər yuyunmaqla əlaqədər bizlərə hansı tövsiyələr verir?

Buyurun, duşda keçirdiyimiz zamanı qısaldacaq, daha yumşaq saçlara və dəriyə sahib olmanıza kömək olacaq 7 mütəxəssis tövsiyəsi ilə tanış olun.

Yuyunarkən gözəlləşməyin 7 yolu
1. Duşda sabun istifadə etməmək çaşdırıcı ola bilər, amma, həqiqətən, təsirli bir tövsiyədir. Dermatoloq Marnie Nussbaum duşda sabun istifadə etməyin bir işə yaramadığını və dərinin təbii yağını təmizləyərək dərini qurutduğunu söyləyir. Hətta bəzi insanların duşdan sonra hiss etdiyiniz qaşıntı hissi də buna görədir.

Duşda dərinizi təmizləmək üçün üz və bədən yuma qellərindən istifadə edin. Yağ əsaslı bir duş qeli əvəzinə su tərkibli məhsulları istifadə edərək dərinizin pH 5.5 tarazlığını qoruya bilərsiniz.

Yuyunarkən gözəlləşməyin 7 yolu
2. Sabun qədər dərinizi qurudan bir digər şey duşda istifadə etdiyiniz isti sudur. Suyun dərəcəsini nə qədər artırsanız, dərinizə o qədər zərər verərsiniz. Duşda isti suyun altında zövq almaq yerinə ilıq suyla yuyunmağa diqqət edin.

Yuyunarkən gözəlləşməyin 7 yolu
3.Diqqət yetirməniz lazım olan bir başqa şey də yuyunmaq üçün istifadə etdiyimiz sabun bezləri və liflərdir. Duşdan sonra yaş buraxılan lif, bez və kisələr bakteriya yuvasına çevrilir və dərinizdə göbələk meydana gəlməsinə yol açar. Lif və bezlərinizi istifadə etdikdən sonra yaxşıca təmizləyib qurutmağa diqqət edin və üzünüzü əsla onlarla yumayın. Bu lifləri üzünüzdə istifadə etmək dərinizə böyük zərər verir və pH tarazlığını pozar. Üzünüzü yuyarkən əllərinizi istifadə edərək təmizləyə bilərsiniz.

Yuyunarkən gözəlləşməyin 7 yolu
4. Bir çox insan şampundan doğru şəkildə istifadə etmir. Şampunu saç uclarına tətbiq etmək əvəzinə saç dərinizə və diblərinə tətbiq etməyə diqqət göstərin. Başınızın tac bölgəsinə boyun kökünüzdən və qulaq yanlarınıza şampun yaymağa laqeyd yanaşmayın.

Yuyunarkən gözəlləşməyin 7 yolu
5. Duşda ülgücdən istifadənin duşun axırına saxlayın. Beləcə, məsamələriniz açılacaq, tükləriniz və kökləri yumşalacaqdır. Suyla təmizlənən və açılan dərinizi təmizlədikdə batıq olmadığını fərq edəcəksiniz.

Yuyunarkən gözəlləşməyin 7 yolu
6. Dermatoloq Dr.Nussbaum duşda uzun müddət qalmamağı tövsiyə edir. İdeal duş müddəti 10 və 15 dəqiqə arasında dəyişməlidir. Duşda daha uzun müddət qaldığınız zaman dərinizi təbii yağlarından ayırmış olursunuz. Bol köpüklu uzun duşlarınızı özünüzü əylənmək istədiyiniz tətil günlərinə saxlayın.

Yuyunarkən gözəlləşməyin 7 yolu
7. Duşdan çıxan kimi bir dəsmalla dərinizi qurulamaq yerinə dərinizə yüngülcə vuraraq bədəninizi qurulamağa çalışın. Dr.Schlessinger dəsmalla dərinizi ovalarkən əslində dərini incitdiyinizi söyləyir. Qurulandıqdan dərhal sonra dərinizdəki epidermal baryeri qorumaq və nəmi içəri həbs etmək üçün dərhal nəmləndirici losyon vurmalısınız.

Gözəllik və Moda     Baxılıb: 2874   Tarix: 14 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

turlar.az

adlarin menasi kosmetoloq donlar 2026 enli koftalar qışa hazırlıq badımcan dəri xərçənginin əlamətləri buruq sac duzumleri 2026 kosmetika oğlan evine aid hakisda qaynana hakista badambura hakista sozler qogal