Diabet riski yüksək olan qan qrupu açıqlandı

Diabet riski yüksək olan qan qrupu açıqlandıFransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu B müsbət, ən aşağı risk daşıyan qan qrupu isə 0 mənfi hesab edilir.
82 mindən çox insanın sağlamlıq məlumatlarının təhlili əsasında aparılan araşdırma göstərib ki, 0 qan qrupuna malik şəxslərdə 2-ci tip diabetin yaranma ehtimalı digər qan qrupları ilə müqayisədə daha aşağıdır.
Nəticələrə əsasən, A qan qrupuna sahib şəxslərdə diabet riski təxminən 10 faiz, B qan qrupunda isə 21 faiz daha yüksək müəyyən edilib. Rh faktoru da nəzərə alındıqda, B müsbət qan qrupuna malik insanlarda xəstəliyin inkişaf ehtimalının 0 mənfi qan qrupu ilə müqayisədə 35 faiz çox olduğu bildirilib.
Mütəxəssislər hesab edirlər ki, bəzi qan qruplarında olan antigenlər orqanizmdə xroniki iltihab proseslərini və insulin müqavimətini gücləndirə bilər. Bundan əlavə, qan qrupunun bağırsaq mikroflorasına təsir göstərərək şəkər mübadiləsində rol oynaya biləcəyi ehtimal edilir.
Alimlər vurğulayırlar ki, qan qrupu dəyişdirilə bilməz, lakin risk qrupuna daxil olan şəxslər sağlam qidalanmaya, fiziki aktivliyə və müntəzəm tibbi müayinələrə daha çox diqqət yetirməlidirlər.
Müəllif: Nərmin Mahmudova(Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 825   Tarix: 25 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava insult riskini artırır - Həkimdən açıqlama

Yay aylarında isti hava səbəbindən küçədə özünü pis hiss edən və ya huşunu itirən insanlara tez-tez rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallar hər zaman sadəcə günvurma olmaya, insultun əlaməti də ol

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb

Mətbəxlərin əvəzolunmaz məhsullarından biri olan soğan təkcə yeməklərə dad vermir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir. xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sayəsində soğa

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. -a istinadən xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib. Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqa

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

turlar.az

gelinlikler sac duzumleri geyim necə seçməli prostat vəzi sabir haciyev qrip xəstəliyi ciyer qovurma kosmetika üzeyir hacıbəyli novruz bayramina aid kahfe falı veten haqqinda atalar sozu novruz bayramina aid hakistalar