Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYYƏLƏR

Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYYƏLƏRXəbər verdiyimiz kimi, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Aydın məsələdir ki, uzun müddət evdə qalmaq və bu qaydalara əməl etmək məcburiyyətindəyik. Lakin evdə uzun müddət qalmaq fiziki aktivliyimizi əlimizdən alır, daha çox hərəkət etmək imkanlarımızı məhdudlaşdırır. Üstəlik sıxıntımızı yemək və qidalarla öldürməyə çalışmaqla köklüyə və artıq çəkiyə "xoş gəldin" deyirik. Qidaların orqanizmdə xoşbəxtlik hormonlarını artırıb əhvalı qaldırması doğru olsa da, belə bir şəraitdə sırf başımızı qatmaq üçün çox yemək asıllıq yarada və ciddi fəsadlara yol aça bilər. Bəs karantin dövründə immunitetin aşağı düşməməsi üçün nə və nə qədər yemək lazımdır?
Publika.az xəbər verir ki, Türkiyənin tanınmış dietoloqu Abdullah Mollamemişoğlu vacib tövsiyələr verib. Ekspert bildirib ki, stabil çəkini qorumaq istəyiriksə, un məmulatları və xəmir xörəklərindən uzaq durmağa çalışmalıyıq:
"Ümumiyyətlə, qızartma, qovurma, yağlı məhsullar, xəmir məhsulları kimi yüksək yağlı və karbohidrat tərkibli məhsullardan uzaq olun, pəhriz və porsiyalara diqqət yetirin. Günə səhər yeməyi ilə başlayın, yemək saatlarını ötürməyin və yatmazdan 2 saat əvvəl heç nə yeməyin. "Şok effekt" vəd edən pəhrizlərdən uzaq olmaq faydalıdır. Qısa müddətdə sürətli arıqlamaq cəhdləri təəssüf ki, immunitet sisteminin zəifləməsinə səbəb ola bilər. Bunun əvəzinə adekvat və balanslı pəhriz proqramı edilməlidir. Heç bir karbohidrat məhsulları yemək olmaz? Əlbəttə ki, olar. Ancaq lif və mürəkkəb karbohidratlara üstünlük vermək lazımdır. Ağ çörək yerinə taxıl çörəyi, düyü yerinə qarabaşaq yarması, kinoa və ya bulqura üstünlük verilə bilər. Tərəvəz və meyvələrin istifadəsi çox vacibdir, gündəlik əsas vitamin və mineral mənbəyimiz olan tərəvəz və meyvələrdən ən azı 5 porsiya yeyilməlidir. İmmunitet sisteminin əsas quruluşunu zülal təşkil edir, odur ki, protein məhsullarına biganə yanaşmayın. Əlbəttə ki, bu anda çəkiyə nəzarət etmək üçün ət, toyuq və ya balıq alarlən yağsız olmasına diqqət etməlisiniz. Sinklə zəngin olan bu məhsullar bədən müqavimətimizi artıracaq. Bu müddətdə bol su için, bu, həm hüceyrələrin yenilənməsini, həm metabolik sürəti artıracaq, həm də immuniteti gücləndirəcək. Evdən çıxa bilmiriksə, bu, o deməkdir ki, yemək və qəlyanaltılarımızı hazırlamağa da vaxtımız var. Başqa sözlə, hazır paketli qidalarla yolları ayırmaq vaxtı gəldi. Bu zaman ərzində müxtəlif və yüngül düsertlər hazırlaya bilərsiniz".
Dietoloqdan faydalı reseptlər
Xurma trüfeli
- 200 qr. xurmanın tumlarını çıxarın. - 1 xörək qaşığı kakao və 1 xörək qaşığı kokos əlavə edib yaxşıca qarışdırın. (Xurma çox quru olarsa, az miqdarda süd və ya su ilə yumşalda bilərsiniz.)
- Qoz böyüklüyündə yuvarlayıb üzərini maki və darçın tozu ilə bəzəyin.
- Soyuducuda 1 saat saxlayın.
- 1 fincan qəhvə ilə 2 xurma topu yeyə bilərsiniz. Noxud cipsiləri
- 200 qr qaynadılmış noxudun üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edin.
- ½ çay qaşığı kimyon, ½ çay qaşığı qırmızı istiot səpin.
- 1/3 çay qaşığı duz, əlavə miqdarda qara istiot və ya çili istiotu əlavə edə bilərsiniz.
- Bütün inqrediyentləri qarışdırıb qaba qoyun və 200 dəqiqə sobada 20 dəqiqə bişirin.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2051   Tarix: 24 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan