DİQQƏT! Hazır olun! Benzindən sonra daha bir BAHALAŞMA

DİQQƏT! Hazır olun! Benzindən sonra daha bir BAHALAŞMASon 2 ildə mənzil bazarında ciddi durğunluq hiss olundu və nəticədə tələbat kəskin azaldı.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, MTK-ların əlində ciddi həcmdə tikintisi başa çatmış mənzillər var idi:

"Hazırda isə MTK-lar qiymətlərin aşağı istiqamətli müəyyənləşdirilməsinə üstünlük verirlər. Faktiki olaraq, MTK-ların müəyyən öhdəliklər qarşısında vəsaitlərə ehtiyacı var. Çünki bu mənzillər üzərində yatan vəsaitlər güclü deyil. Buna görə də MTK-lar çalışır ki, bu aktivləri likvidləşdirsinlər, yəni daha qısa müddətdə satmaqla nağdlaşdıra bilsinlər. Bu məqsədlə də müəyyən kampaniyalar həyata keçirilir. Bu kampaniyalar nəticəsində yeni mənzil bazarında qiymətlər aşağı istiqamət üzrə davam edir. Ancaq digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanda bir sıra banklar kreditləşməni müəyyən qədər bərpa etməyə çalışır. Eyni zamanda, paralel olaraq artıq manatın məzənnəsində sabitlik müşahidə olunmaqdadır. Bunun nəticəsində isə həm dövriyyəyə daxil olan vəsaitlərin, həm də əhalinin əlində cəmlənən yığımların bir qismi daşınmaz əmlak bazarına yönələ bilər. Bu, baş verərsə, mənzil bazarında qiymətlərin ilin sonuna indiki səviyyədə qərarlaşmasını ehtimal etmək mümkündür".

Ekspert hələlik daşınmaz əmlak bazarında və təkrar bazarda qiymətlərin sabit olduğunu bildirib:

"Düzdür, satışlar kifayət qədər zəifdir və bu sferada fəaliyyət göstərənlər davamlı olaraq tələbin azlığından şikayət edirlər. Ancaq buna baxmayaraq, qiymətlərin azalması prosesi ciddi həcmdə müşahidə edilmir. Ümumiyyətlə, hələlik həm təkrar, həm də ilkin daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşmə imkanları var. Çünki müəyyən olunmuş qiymətlər real bazar şərtlərinə uyğun deyil. Bu baxımdan da gələcəkdə yenidən bazarda təklif təzyiqi artarsa və tələb indiki kimi durğun qalarsa, o zaman qiymətlər aşağı düşəcək".

Torpaq bazarında isə situasiyanın fərqli olduğunu deyən iqtisadçı 2013-2014-cü illə müqayisədə qiymətlərin müəyyən qədər azaldığını qeyd edib:

"2015-ci ildən etibarən başladılan aqrar siyasət çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqların fərdi yaşayış məqsədilə istifadəsinə qarşı mübarizə son nəticədə fərdi yaşayış təyinatlı torpaq sahələrinin həcmini azaldıb. Ümumiyyətlə, torpaq tükənən bir əmlak növü olduğundan düşünmürəm ki, bundan sonrakı dövrdə qiymətlər azalacaq. Böyük ehtimalla hazırkı vəziyyət ilin sonuna qədər davam edəcək. 2018-ci ilin əvvəlində isə nisbi artımlar müşahidə oluna bilər".

Xəbərlər     Baxılıb: 3011   Tarix: 03 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sac duzumleri kosmetika mehsullari geyim şəkilləri hamileliyin elametleri saglamlig konservləşdirilmiş məhsullar qadın sonsuzluğu kosmetika kahfe kali arıqla yemek reseptleri naz mila usaq seirleri