Diqqətli olun! Bunlar mədə xərçəngi inkişafının ilkin mərhələsidir

Diqqətli olun! Bunlar mədə xərçəngi inkişafının ilkin mərhələsidirHər bir canlı orqanizmdə olduğu kimi, insan həyatının da böyük bir hissəsini qida qəbulu təşkil edir. Qida ilə bərabər orqanizmə sağlamlıq baxımından çox vacib olan zülal, yağ, karbohidrat, vitamin, mikroelement və digər maddələr də daxil olur. Məhz bunun nəticəsində orqanizmin məhv olan hüceyrələri yeniləri ilə əvəz olunur. Həmin prosesin əsası isə qidanın orqanizmdə düzgün paylanmasına cavabdeh olan həzm sisteminin fəaliyyətindən asılıdır.

Xanim.az bildirir ki, Səhiyyə Nazirliyinin baş qastroenteroloqu, professor Əlihüseyn Hidayətov həmin mövzu ilə əlaqədar AZƏRTAC-ın "Sağlamlıq klubu"nun suallarını cavablandırıb.

- Son vaxtlar gənclər arasında mədə xəstəlikləri, xüsusilə xroniki qastrit geniş yayılıb...

-Ümumilikdə xroniki qastrit çox ciddi problemdir. Müəyyən olunub ki, xroniki qastritin bir sıra formaları, məsələn, xroniki atrofik qastrit mədə xərçənginin inkişafının ilkin mərhələsidir. Xroniki qastritin əmələgəlmə səbəbinin 70-80 faizi Helicobacter pylori infeksiyasıdır. Ölkə əhalisi, o cümlədən gənclər arasında həmin infeksiya geniş yayılıb, hətta bəzi bölgələrdə onun yayılma dərəcəsi təxminən 60-80 faizə çatır. Xroniki qastritin əmələ gəlməsinin digər səbəblərindən autoimmun proseslər, xroniki stress və toksiki təsirləri misal göstərmək olar. Gənclər arasında xroniki qastritin yayılmasına təsir edən amillər sırasında şirin qazlı içkiləri və küçələrdə satılan keyfiyyətsiz qida məhsullarını qeyd etmək olar.

Xroniki qastritin etiologiyası, lokalizə olunduğu areal və baş verən morfoloji dəyişikliklərdən asılı olaraq bir neçə növə ayırd edilir. Bunlar kəskin və xronik infeksiya mənşəli, qeyri-infeksion mənşəli, antral qastrit, fundal qastrit, atrofik, qeyri atrofik qastrit və başqalarıdır. Xəstəliyin diaqnozu endoskopik müayinədə mədə selikli qişasından götürülmüş hissəciyin morfoloji müayinəsi nəticəsində qoyulur.

Adətən xəstələr qızardılmış, qovrulmuş, ədviyyatlı qidalar və alkoqollu içkilərdən istifadə etdikdən sonra ağrı, köp, ürəkbulanması və qusmadan şikayət edirlər. İlk dövrdə həmin narahatlıqlar pəhriz saxlayanda və spazm əleyhinə dərmanlar qəbul edəndə aradan qalxır. Bir müddət sonra xəstəliyin əlamətləri təkrarlanır və uzun müddət davam edir. Qeyd etmək lazımdır ki, şikayətlərin heç biri xroniki qastrit üçün spesifik deyil. Bu və oxşar simptomlara qarın boşluğu orqanlarının digər patologiyalarında da rast gəlinir. Ona görə qarın boşluğunun üst nahiyəsində narahatlıq yarananda mütləq həkimə müraciət etmək və endoskopik müayinədən keçmək lazımdır.

Xroniki qastritin müalicəsi isə xəstəliyin səbəbi, yerləşdiyi nahiyə, qastritin növü və s.-dən asılıdır. Adətən müalicə məqsədilə xəstələrə pəhriz, qastroprotektor və Helicobacter pylori əleyhinə dərmanlar təyin edilir.

- Diafraqmanın qida borusu dəliyinin yırtığının yaranma səbəbləri, əlamətləri və müalicə üsulları barədə məlumat verməyinizi xahiş edirəm...

- Onun yaranmasının bir sıra səbəbləri var. Bunlar qida borusu-mədə birləşməsi əmələ gəlməsində iştirak edən birləşdirici toxuma quruluşunun çatışmazlığı, qarındaxili təzyiqin və qida borusunun hərəki aktivliyinin (hipermotor diskineziyası) yüksəlməsidir.

Bu xəstəlik bir neçə növə ayrılır. Əvvəla, aksial (boylama) yırtıq qarın boşluğu daxili təzyiqin yüksəlməsi zamanı qida borusunun abdominal hissəsinin, mədənin kardial və fundal şöbələrinin sərbəst olaraq (sürüşən) döş qəfəsinə keçə bilməsi ilə səciyyələnir. İkincisi, paraezofageal (qida borusu ətrafı) aksial yırtıqlardan qida borusunun abdominal (kardial) şöbəsinin qarın boşluğunda qalması ilə fərqlənir. Bu zaman, mədənin fundal, yaxud antral şöbəsi kimi, qarın boşluğunun digər orqanları da (nazik və yoğun bağırsağın ilgəkləri, piylik və s.) döş boşluğuna keçərək qida borusu ətrafında (parezofagial) yerləşə bilər. Üçüncüsü, qarışıq yırtıq aksial və paraezofageal yırtıqların müştərək əlamətləri ilə səciyyələnir.

Bu növ yırtıqlardan əziyyət çəkənlərin təqribən üçdə birində xəstəliyin klinik əlamətləri (simptomsuz gediş) müşahidə edilmir, yırtıq yalnız rentgenoloji, yaxud endoskopik müayinələrin aparılması zamanı aşkarlanır.

Yaxın daxili orqanlara reflektor təsiri ilə əlaqəli meydana çıxan qeyri-spesifik simptomların əlamətləri qıcqırma, turş gəyirmə, qidanın geri qayıtması, döş qəfəsində ağrı, udqunma pozuntuları və başqalarıdır. Qida borusu dəliyinin yırtığı olan xəstələrin müalicəsi yırtığın tipi, yerdəyişmənin xüsusiyyəti, yırtıq kisəsinin həcmi və xəstəliyin ağırlaşma dərəcəsindən asılı olaraq aparılır, əksər hallarda konservativ müalicə ilə yekunlaşır. Bu, daha çox heç vaxt boğulmayan diafraqmal yırtıqlara (aksial) aiddir. Sürüşən yırtıqların cərrahi müalicəsi əsasən ciddi ağırlaşmalar vaxtı lazım gəlir. Böyük paraezofageal və qarışıq yırtıqlar isə ağırlaşmaların inkişaf riskinin yüksək olmasına görə, bir qayda olaraq, əməliyyat olunmalıdır. Nəhayət, diafraqmanın qida borusu dəliyinin boğulmuş yırtıqları təcili cərrahi müdaxilə tələb edir.

- Son illər hepatit С virusuna yoluxanlar nə qədərdir?

- Hepatit C virusa yoluxanların böyük əksəriyyətində xəstəlik simptomsuz keçdiyinə görə xəstələr həkimə az müraciət edir və konkret dövrdə yayılması barəsində məlumat vermək çətinləşir. Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə HCV-infeksiyası 4,3 faiz yayılıb. Virusa yoluxanların 80-85 faizində xroniki proses inkişaf edir, xəstələrin 60-70 faizində yüngül və mülayim gedişli xroniki hepatit inkişaf etdiyi üçün həkimə üz tutmurlar. Xroniki proses inkişaf edən xəstələrin 10-20 faizində qaraciyər sirrozu, 5 faizində isə qaraciyər xərçənginin əmələ gəlmə ehtimalı yaranır.

2013-cü ildən sonra yeni dərman vasitələrinin istifadəsi ilə əlaqədar hepatit C virusunun müalicəsində inqilabi dəyişikliklər baş verib. Həmin dərmanlar HCV-li xəstələrin sağalmasına imkan verir. Bir neçə ildir ki, ölkəmizdə B və C hepatitli xəstələrin müalicəsi dövlət hesabına həyata aparılır və təyin olunmuş həkimlər qrupu həmin xəstələrin müayinə və müalicəsini pulsuz aparırlar.

Xəbərlər     Baxılıb: 2120   Tarix: 09 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

yay kolleksiyasi gozel gorunmek kosmetik vasiteler qısa saç düzümləri ayaqqabi ve cantalar uz maskalari qadin dunyasi.az kosmetika cinsi elaqe bir arzum var irem derici faydalı maskalar baldiz