Dırnaqların "şellakdan" sonra bərpa olunması …
Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir.
Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanlı olduğunu yalnız dırnağın şelakdan sonrakı vəziyyətini gördüyü zaman anlayırlar. Belə ki, bu prosedurdan sonra dırnaqlar çox kövrək və qatlanan olur. Bu məqalədə sizə, şelakdan sonra dırnaqları necə bərpa etmək lazım olduğu haqda məlumat verəcəyik:
1. Zeytun yağı. Adətən şelakın təmizlənməsindən sonra dırnaqlar cilalanır. Məhz bu səbəbdən onlar kövrək və tez sınan olurlar. Onların möhkəmlənməsi və bərpa olunmasında zeytun yağı köməkçi olacaq. Belə ki, yağı otaq temperturuna qədər mikrodalğalı sobada və ya isti su vannasında qızdırn, əllərinizi o məhlula salaraq hər birini 10 dəqiqə saxlayın. Bu proseduru 1 həftə ərzində gündəlik olaraq etməklə, siz gözəgörünən nəticəyə nail ola bilərsiniz.
2. Sağlam qida. Orqanizmin sağlamlığı tam olaraq nə yediyimizdən asılıdır. Dırnaqların sağlamlığı üçün bu çox önəmlidir. Qida rasionunuzu – zülal, mineral duzlar və A, C, E, D vitaminləri ilə zəngin etməyə çalışın.
3. Limon suyu. Dırnaqların bərpa olunması üçün dırnaqlara limon suyunu sürtüb, 2-3 dəqiqə saxlayın, sonradan su ilə yuyun. Tərkibində olan C vitamini dırnaqlara sağlam görkəm, efir yağları isə onlara möhkəmlik verəcəklər.
4. Yod. Yod setkası dırnaqların kifayət qədər tez bərpa olunmasını təmin edir. Gecə yatmazdan öncə pambıqla hər dırnağın üzərinə az miqdarda yod sürtün. Səhər sarımtıl rəng itəcək, dırnaqlar isə möhkəmlənəcək.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?