Dırnaqların "şellakdan" sonra bərpa olunması

Dırnaqların Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir.
Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanlı olduğunu yalnız dırnağın  şelakdan sonrakı vəziyyətini gördüyü zaman anlayırlar. Belə ki, bu prosedurdan sonra dırnaqlar çox kövrək və qatlanan olur. Bu məqalədə sizə, şelakdan sonra dırnaqları necə bərpa etmək lazım olduğu haqda məlumat verəcəyik:
1. Zeytun yağı. Adətən şelakın təmizlənməsindən sonra dırnaqlar cilalanır. Məhz bu səbəbdən onlar kövrək və tez sınan olurlar. Onların möhkəmlənməsi və bərpa olunmasında zeytun yağı köməkçi olacaq. Belə ki, yağı otaq temperturuna qədər mikrodalğalı sobada və ya isti su vannasında qızdırn, əllərinizi o məhlula salaraq hər birini 10 dəqiqə saxlayın. Bu proseduru 1 həftə ərzində gündəlik olaraq etməklə, siz gözəgörünən nəticəyə nail ola bilərsiniz.
2. Sağlam qida. Orqanizmin sağlamlığı tam olaraq nə yediyimizdən asılıdır. Dırnaqların sağlamlığı üçün bu çox önəmlidir. Qida rasionunuzu - zülal, mineral duzlar və A, C, E, D vitaminləri ilə zəngin etməyə çalışın.
3. Limon suyu. Dırnaqların bərpa olunması üçün dırnaqlara limon suyunu sürtüb, 2-3 dəqiqə saxlayın, sonradan su ilə yuyun. Tərkibində olan C vitamini dırnaqlara sağlam  görkəm, efir yağları isə onlara möhkəmlik verəcəklər.
4. Yod. Yod setkası dırnaqların kifayət qədər tez bərpa olunmasını təmin edir. Gecə yatmazdan öncə pambıqla hər dırnağın üzərinə az miqdarda yod sürtün. Səhər sarımtıl rəng itəcək, dırnaqlar isə möhkəmlənəcək.
5. Dəniz duzu. Dırnaqların möhkəm, sağlam görkəmli olması və qatlanmaması üçün istifadə olunan dəniz duzlu vannalar qısa zaman ərzidə yaxşı nəticəyə nail olmanıza köməkçi olacaq. 1 xörək qaşığı duzu az miqdarda su ilə qarışdırıb əllərinizi bu məhlulda 10 dəqiqə saxlayın. Prosedurun sonunda qidalandırıcı kremdən istifadə etməyui unutmayın. Bu prosedur həftədə 2-3 dəfə oluna bilər.
6. Parafin vannaları. Salonlarda çox populyar prosedur olan parafin vannalarıdır ki, onun sayəsində qabıq vermə və mikro çatlardan azad olub, dırnaqlarınızı xeyirli mikroelementlərlə qidalandırıb, əl dərisinin qocalmasını zəiflədə biləriniz. Parafin terapiyasının seansı 20-25 dəqiqə çəkməsinə baxmayaraq, nəticəsi uzun müddət saxlanılır.
7. Xüsusi örtüklər. Dırnaqların ən asan bərpa olunma yolu xüsusi örtüklərdir ki, qısa zaman ərzində sizə köməkçi ola bilərlər. Sadəcə onları aldıqda tərkiblərinə diqqət yetirmək lazımdır. Tərkibində kalsiy, vitamin, minerallar və ipək lifləri olan örtüklər qısa zaman ərzində dırnaqlarınızı möhkəmləndirib, kövrəkliyi aradan qaldırıb və onlara sağlam görkəm bəxş edəcəklər.
8. Kutikullar üçün yağ. Bu yağlar dırnaqlardan nəmin itirliməməsini təmin edir və bunula onlara sağlamlıq bəxş edir. Bu proseduru daimi olaraq istiadə edənlər isə, dırnaq mayasının ilişməsi və dırnağın  sarımtıl rəngdə olmasından azad olacaqlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1186   Tarix: 08 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qis geyimləri 2026 makiyaj instagram reseptler yay kolleksiyasi 2026 qis modasi gavalinin faydalari daban agrilari kosmetika vətən həsrətinə aid bayatılar vətənə aid qiz evi haxista paxlava ana haqqinda bayati